Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Maqazin. ARB TV-nin "Kim yatmış, kim oyaq?" proqramının növbəti qonağı rejissor Nail Naiboğlu olub. 

Xəzərİnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, rejissor dəstək olduğu sənət adamlarından danışıb.

O, Damla ilə aralarında yaşanan qalmaqaldan bəhs edib:

“Hər zaman çalışıram ki, səmimi olum. Çünki insanları aldatmaq mümkün deyil. Bir müğənni var idi. O sənətə təzə gəlmişdi. Biz onunla ilk dəfə görüşəndə əllərimdən o qədər öpdü və “Doğrudanmı, Nail Naiboğlu ilə görüşürəm?!” dedi. Dəstək durdum ona. Bu yaxınlarda konsertlə bağlı zəng vurdum ona. Dedi ki, bilirsən, mənim vaxtım yoxdur. Halbuki ondan əvvəl onunla səhnəyə çıxmaq istəməyən digər bir ulduz var idi. Zəng vurub xahiş etdim ki, işin olmasın, klip çəkmişəm, qoy gəlsin, reytinqi var". 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv