Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Hadisələr. Noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

Xəzərİnfo xəbər verir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxslə İ.İbrahimov bacanaq olub. 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib.

O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Məlumata görə, İ.İbrahimov bacanağını həyətindəki hüquq yardımı ofisində bıçaqlayaraq öldürüb.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv