Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Region. Ermənistanda seçkiöncəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə görə qırğın başlayıb.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan hakimiyyəti keçmiş prezident Serj Sarkisyanın komandasına yaxın olan Qarabağdakı separatçı rejimə hücumlar edir.

Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın bəyanatı isə cidi qalmaqal yaradıb.

Mikaelyan bildirib ki, “aprel müharibəsi” I Qarabağ müharibəsindən daha üstündür.

“Biz Qarabağ müharibəsində qələbə qazandıq, lakin bu, “Qarabağ xalqının” yox, erməni oğlanlarının qələbəsi idi. Erməni xalqı bu qələbənin nəticələrini görməli idi, lakin əvvəlki hakimiyyət buna imkan vermədi.

Bizim xalqımız bu qələbənin qiymətini dərk etmədi, anlamadı. Əgər anlamadısınızsa, onda Qarabağı tərk edin”, - deyə o üstüörtülü şəkildə separatçı rejimi “vurub”.

Erməni ekspertlər hesab edirlər ki, Mikaelyan “aprel müharibəsi”ni məhz köhnə hakimiyyətin soyğunçuluğunun ortaya çıxması və hakimiyyətdən getməsinə səbəb olması baxımından əhəmiyyətli hesab edir.

Nikol Paşinyanın özü isə Mikaelyanın öz fikrini uğurlu ifadə edə bilmədiyini deyib.

Ermənistanda baş nazir əvəzi bildirib ki, uzun illərdə orduda soyğunçuluq edənlər bu gün hansısa fikrə istinadən onları tənqid edirlər.

“Biz buna icazə verməyəcəyik! Onların bəziləri haqlarında cinayət işi açılmaması üçün xahiş edir, yalvarırdı. Biz deyirdik ki, ordudan oğurlananlar geri qaytarılmalıdır. Düşünməyin ki, xalq sadəlövhdür və siz öz həmyerlilərinizi döyərək “azadlıq mübarizəsinin müdafiəçiləri” kimi tanına bilərsiniz. Siz öz həmyerlilərinizi alçaltmaq, təpikləmək üçün döyüşürdünüz?”, - deyə Paşinyan bildirib.

Ermənistan mediasının məlumatına görə, Sasun Mikaelyanın qalmaqallı bəyanatından sonra Qarabağda müəyyən dairələr fəallaşıb. Onlar hakimiyyətə sərt reaksiyalar verirlər. Paşinyanın cavabı da əslində onlara ünvanlanıb.

Erməni ekspertlər Qarabağ mövzusunun seçki təbliğatında ciddi amil olacağını düşünürlər. Hətta Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin Nikol Paşinyana qarşı cəbhədə yer alacağını düşünənlər də var.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv