Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Region. “Kilsə heç vaxt hakimiyyətin əlavəsi olmayıb”. 

Xəzərİnfo “Report”-a istinadən xəbər verir ki, bunu Eçmiədzin kilsəsinin aparıcı din xadimi Vaqram Melikoyan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın erməni kilsəsinin hakimiyyətin əlavəsi olması barədə fikirini şərh edərkən deyib.

V.Melikoyan kilsənin ermənilərin və Ermənistanın həyatında oynadığı aparıcı rolu da vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Eçmiədzin kilsəsinin fəaliyyətindən danışarkən deyib:

“Respublikaçılar Partiyası milli-mənəvi dəyərlərdən bəhs edir. Ancaq kilsə onların hakimiyyəti dövründəki qədər heç vaxt ləkələnməyib. Bundan başqa kilsə hakimiyyətin əlavəsi olub”.

Xatırladaq ki, bir müddət əvvəl Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan da Nikol Paşinyanın əleyhinə çıxış etmişdi. Bundan başqa parlament katolikosun mühafizəsi haqqında qanun layihəsini qəbul etməyib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv