Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Dünya. Çin hakimiyyət qüvvələri ABŞ-ı qəti tədbirlərlə hədələyib.

Xəzərİnfo Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qen Şuan bildirib.

"Əgər Vaşinqton tərəfdən təzyiqlər gücləndirilərsə, Çin öz maraqlarını qorumaq üçün daha sərt tədbirlərə əl atacaq" - deyə sözcü bildirib.

Nazirlik nümayəndəsi qeyd edib ki, ticari mübahisələr danışıqlar yolu ilə həll edilməli və bu zaman bütün tərəflərin mənafeyi nəzərə alınmalıdır.

Nazirlik təmsilçisi qeyd edib ki, ABŞ-la daha effektiv əməkdaşlığa ümid edir, çünki bu yaxınlarda tərəflər dialoqla bağlı ümumi razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Çin mallarına gömrük rüsumunun gələn il yanvarın 1-dən artırılmasını mümkün hesab edir. Artıq prezident Donald Tramp bununla bağlı xəbərdarlıq edib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv