Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Region. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) İrəvanda 52-ci baş assambelyasının iclasında qalmaqal yaşanıb.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, 4 ölkənin nümayəndə heyəti QDİƏT PA-nın 25 illik yubiley medalını almaqdan imtina edib.

İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ara Babloyan bütün nümayəndə heyətlərinə yubiley medalı veriləcəyini deyib. Lakin Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycan buna qarşı çıxıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, heyətə rəhbərlik etdiyi müddət qısadır və vicdanı belə bir mükafatı almasına icazə vermir. E.Quliyev bu addımının siyasətlə bağlı olmadığını qeyd edib.

Medaldan imtina edən Gürcüstan nümayəndə heyəti məsələni müzakirə etmək istəmədiklərini bildirib.

Bundan sonra Ara Babloyan medalın təkcə nümayəndə heyəti rəhbərlərinə yox, heyətdə təmsil olunan digər üzvlərə də aid olduğunu bildirib.

QDİƏT PA-nın baş katibi Asəf Hacıyev erməni spikerə baş verənlərdən faciə düzəltməməyi tövsiyə edib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv