Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Cəmiyyət. Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin Daxili Nizamnaməsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Xəzərİnfo "Report"-a istinadən xəbər verir ki, dəyişiklik layihəsində Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunub.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Digər dəyişiklik təklifi isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv