Valyuta.com



   



Dünən axşam Osmanlı dövründə tikilən “Tarihi Kayseri Çarşısı” adlanan bazar yanmağa başlayıb.  

Türkməneli Partiyasından Versus.Az-a verilən məlumata görə, yangınsöndürənlər yanğını söndürməyə çalışsalar da, 200 illik tarixi olan bazar yanıb kül olub.

Xüsusi memarlıq üslubuna malik olan bazarın üstü qapalı olub və bir çox dükanlar yerin alt qatında yerləşirdi. Bazarda qızıl, zinət əşyaları, qadın, kişi, uşaq geyimləri, Kərkük mədəniyyətinə məxsus əl işləri, suvenirlər, ümumiyyətlə, gündəlik təlabat malları satılırdi.

Türkməneli Partiyasının qərargahından verilən məlumata görə heç nəyi xilas etmək mümkün olmayıb. Yangın zamanı bazarda olan bütün mallar yanıb. Axşam oldugu üçün insan təlafatı baş verməyib. Yangının səbəbi məlum olmasa da, qəsdən yandırılma ehtimalı diqqət çəkir:

“Bazarda heç vaxt elektrik olmayıb. Hər şey Osmanlı dövründə oldugu kimi saxlanılırdı. Bura həm də Kərkükün memarlıq abidələrindən biri sayılırdı. Bazarda yalnız milliyyətcə kürd olan dörd mühafizəçi vardı. “Tarixi Kayseri Çarşısı” tarixi abidə kimi qorunurdu. Təəssüf ki, bu baş verən birinci hadisə deyil. Bundan öncə də qədim Kərkük türbələrində analoji hadisə baş vermışdi. Məqsəd isə Kərkük tarixini, mədəniyyətini, izlərimizi bu torpaqdan silməyə, məhv etməyə yönəlib”.

Baş verən hadisə ilə bağlı cinayət işinin açılmasına gəlincə, partiyadan bildirdilər ki, dindirilmələr başlasa da, hər hansı sonucun əldə edilməsi gözlənilmir:

“Çünki, bütün bütün bunlar şüurlu və planlı şəkildə Kərkükə, Kərkük insanına qarşı həyata keçirilən təxribatların bir arçasıdır. Zaman-zaman qarşılaşdığımız zorluqlara baxmayaraq, Kərkük həmişə ayaqdadır. Bizi torpaqlarımızdan heç bir təxribat, hüçum, xain qüvvələr ayıra bilməz”.

Xəzərİnfo.Az




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv