Valyuta.com



   



“Azərbaycan cəmiyyəti və siyasi partiyaları üçün  çox  xoş haldır ki, qonşu Gürcüstanda qadın prezident seçilib. Bu, Gürcüstan üçün çox ciddi siyasi dividendlər vəd edir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Gürcüstanda keçirilən prezident seçkilərində qadın namizədin qalib gəlməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, qadın prezidentin seçilməsi Gürcüstana xarici investisiyaların sayının artırılmasında da kifayət qədər rol oynayacaq:

“Çünki Salome Zurabişvili əvvəllər Fransa vətəndaşı olub. 

Fransız dillidir. Hətta gürcü dilini yaxşı bilmədiyinə görə tənqid də olunur. Cənubi Qafqaz regionunda ölkələrin müstəqillik əldə edib respublika elan olunmasından sonra qadın prezidentləri olmayıb. Bu region olaraq Gürcüstanda ilkdir. Müstəqilliyə qədər isə tarixdə bu regionda qadın hökmdarlar olub”.

Partiya sədri vurğulayıb ki, S. Zurabaşvili artıq avropalıların, Qərbin dilində danışa bilir: 

“Ona görə də, o, Gürcüstanın da bu yöndə inkişafı üçün müəyyən töhfələr verməyə çalışır. Gürcüstanda qadın prezidentin seçilməsi o deməkdir ki, bu ölkə doğrudan da əsl demokratik inkişaf yoluna qədəm qoyur. İnkişaf etməkdə olan dövlətlərin ilk onluğunda yer alır. Belə demək olar ki, Baltikyanı ölkələrinin yolunu gedir, yəni Balltikyanı ölkələri xüsusunda inkişaf yolunu seçib.  Elə Baltikyanı dövlətlərdə də qadın prezidentlər seçilib. Bu baxımdan düşünürəm  ki, Gürcüstanın regionda önəmi artacaq”.

AXCP sədri əlavə edib ki, bir çox beynəlxalq təşkilatlar öz mərkəzi ofislərini Gürcüstanda yerləşdirməyə çalışacaqlar: 

“Gürcüstan bu seçkini  keçirməklə özünün yenidən demokratik seçki ənənəsini sübut etmiş oldu. Norveç səfirliyinin də öz ofisini Azərbaycandan Gürcüstana keçirməsinə də bu kontekstdən  baxmaq lazımdır. Çünki elə dövlətlər var ki, onlar uzun müddətli strategiyalarını işləyir. Bu siyasətin yerinə yetrlməsi üçün də demokratik ab-hava lazım olur”.

Xəzərİnfo.Az




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv