Valyuta.com



   



Psixoloji eqoizm bizim bütün hərəkətlərimizin şəxsi maraqlarımıza əsaslandığı haqqında nəzəriyyyədir. Bu baxışlar bir çox filosoflar tərəfindən – Tomas Hobbsdan (Thomas Hobbes) Fridrix Nitsşeyə (Friedrich Nietzsche) qədər təsdiqlənmişdir və hətta, bəzi oyun nəzəriyyələrində də özünü göstərmişdir.

Niyə düşünürük ki, bütün hərəkətlərimiz şəxsi maraqlardan qaynaqlanır?

Şəxsi maraqlardan qaynaqlanan hərəkət insanın öz maraqları üçün narahat olmasından yaranır. Aydın desək, hərəkətlərin əksəriyyəti bu tipdədir. Mən su içirəm, çünki susuzluğumu yatırmaqda maraqlıyam. Mən işimi görür və göstərirəm, çünki ödənişim üçün maraqlıyam. Bəs bütün hərəkətlərimiz şəxsi maraqlardırmı? Baxdıqda görürük ki, bir çox hərəkətlər belə deyil. Nümunə olaraq:

  • Avtomobil idarə edən şəxs qəza edən birini görəndə dayanır.
  • Hansısa şəxs xeyriyyə üçün pul xərcləyir.
  • Əsgər qumbaranın üstünə yıxılır ki, digərlərini partlayışdan xilas etsin.

Ancaq psixoloji eqoistlər düşünür ki, onlar bu cür hərəkətləri nəzəriyyəni tərk etmədən də izah edə bilərlər.  Avtomobili idarə edən ola bilsin, düşünür ki, bir gün onun da köməyə ehtiyacı olsun. Ona görə də, o “ehtiyacı olana kömək et” ənənəsini davam etdirir. Xeyriyyə ilə məşğul olan şəxs digərlərinə təsir etməyə ümid edir və ya günahkarlıq hissinin qarşısını almağa çalışır. Özünü qumbaranın üstünə atan əsgər, hətta ölümdən sonra olsa belə şəhidlik üçün ümid edir.

Psixoloji eqoizmə tənqidlər

Psixoloji eqoizmə birinci və ən aydın etiraz insanların başqalarının maraqlarını öz maraqlarından üstün tutması ilə bağlı bir çox nümunənin mövcudluğudur. Bu nümunələr sadəcə ideyanı izah edir. Amma artıq qeyd edildiyi kimi psixoloji eqoistlər düşünür ki, onlar bu hərəkətləri də izah edə bilərlər. Amma necə? Tənqidçilər nəzəriyyənin düzgün olmayan insanın motivasiyası hesabına dayandığı haqqında mübahisə edirlər.

Nümunə üçün xeyriyyə ilə məşğul olan və ya qan bağışlayan və ya insanlara ehtiyac anında kömək edən birini düşünək. Deyirik ki, onlar günahkarlıq hissinin qarşısını almağa çalışır və ya özünü müqəddəs biri kimi hiss etməkdən zövq alır. Ola bilər ki, bu, bəzi hallarda doğrudur. Lakin əminik ki, bu qədər sadə deyil. “Mən xeyriyyə ilə məşğul olandan sonra günahkar hiss etmirəm və ya özümü müqəddəs hiss edirəm” fikri düz ola bilər, lakin bu sadəcə mənim davranışımın əks təsirləridir. Mən əminəm ki, bu hissləri yaşamaq üçün bunu etməmişdim.

Eqoist və qeyri-eqoist insan arasındakı fərqlər

Psixoloji eqoistlər təlqin edir ki, əslində biz hamımız tamamilə eqoistik. Hətta özünü tamamilə eqoistlikdən kənar sayan biri də öz xeyri üçün nələrsə edir. Qeyri-eqoist insanlar yalnız görünüşdə belədirlər.

Bununla belə, tənqidçilər iddia edir ki, eqoist və qeyri-eqoist şəxslər (hərəkətlər) arasındakı fərqlər önəmlidir. Eqoist hərəkət başqasının marağını öz marağına qurban verməkdir. Nümunə olaraq:  Tortun son dilimini acgözlüklə götürmək. Qeyri-eqoist hərəkət isə başqasının maraqlarını öz maraqlarından üstün tutmaqdır. Nümunə olaraq: Mən tortun son dilimini başqalarına təklif edirəm, hətta onu özlüyümdə çox istəsəm də.

Ola bilsin bu doğrudur ki, mən başqalarına kömək etməyi arzulayıram. Bu hisslə, bəlkə də, müəyyən mənada qeyri-eqoist hərəkət edib başqalarını xoşbəxt etmək arzusunun təmin edilməsi ola bilər. Amma bu dəqiqdir ki, qeyri-eqoist insan başqalarının qayğısına qalan, onlara kömək edən biridir. Fakt budur ki, mənim arzumu başqalarına kömək üçün qurban verməyim qeyri-eqoist hərəkət etdiyimi inkar etmək üçün səbəb deyil. Əksi olaraq: Bu dəqiq qeyri-eqoist insanların sahib olduqları arzudur.

Psixoloji eqoizmin diqqət çəkməsinin səbəbi

Psixolooji eqoizm 2 əsas səbəbdən cazibədardır:

  • Bəsitdir. Elmdə biz xoşlayırıq ki, müxtəlif fenomenlərin eyni güclə idarə olunması bizə izah edilsin. Nümunə üçün Nyutonun nəzəriyyəsi bir prinsiplə bizə almanın düşməyini, planetlərin orbitlərini, axınları izah edir. Psixoloji eqoizm bizə söz verir ki, hər növ hərəkəti bir əsas motivlə izah edəcək: şəxsi maraq.
  • O, bizə hamını özündən aşağı görən, yeni fikirləri qəbul etməyən insan təbiətini göstərir. Bu, sadəlövh olmamaq və ya xarici görünüşümüzlə dəyərləndirilməyimizlə bağlı olan narahatlığımıza müraciət edir.

Tənqidçilərə görə, nəzəriyyə çox sadədir və yeniliklərə açıq olmayan beyinə sahib olmaq əks sübutları qəbul etmədiyimiz təqdirdə doğru deyil. Düşünün ki, bir filmə baxırsınız, 2 yaşlı qız uşağının uçurumun kənarında ayağı ilişir, necə hiss edərdiniz? Əgər siz normal insansınızsa, narahat hiss edərsiniz. Bəs niyə bu belə oldu? Film elə filmdir, doğru deyil və həmin uşaq da sizə yaddır. Bəs siz niyə ona nəsə olacağı üçün narahat olursunuz? Təhlükədə olan siz deyilsiniz, amma hələ də narahat hiss edirsiniz. Niyə? Ən məntiqli ola biləcək izah bizim əksəriyyətimizin təbiətdən gələn, başqaları üçün narahatlıqlara sahib olan sosial varlıq olduğumuzdur. Bu xətt Devid Hyum (David Hume) tərəfindən inkişaf etdirilmişdir.

Yazar: Emrys Westacott

Tərcümə: Firəngiz Manafova

rezonanss.com




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv