Valyuta.com



   



Bakı, 13 dekabr, XəzərİnfoRegion. İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.

Xəzərİnfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.

Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.

Xatırladaq ki, sonuncu dəfə noyabrın 5-də İŞİD-ə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı ki, həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.

Xəzərİnfo




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.01.2019
  • 18.01.2019
  • 17.01.2019
  • 16.01.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv