Valyuta.com



   



Hüsnan Bey Fənani: “İndoneziya xalqı torpaqların geri qaytarılmasında sizə kömək edəcək”

 

Bakı, 13 dekabr, XəzərİnfoSiyasət. "Ermənistan BMT-nin qətnamələrini də icra edərək torpaqları geri qaytarmaq üçün əməli fəaliyyətə keçməlidir".

Bu fikri Xəzərİnfo-ya özəl müsahibəsində, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani  Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın haqlı mövqeyi ilə bağlı fikirlərini açıqlayarkən səsləndirib.

- Cənab səfir, Azərbaycana gəlməmişdən əvvəl sizin ölkəmizlə bağlı nə kimi məlumatlarınız vardı? Ölkəmizlə bağlı nə bilirdiniz?

- Azərbaycan Respublikasına səfir təyin edilməmişdən əvvəl ölkənizlə bağlı kifayət qədər məlumat əldə etmişdim. Azərbaycan bir çox cəhətdən, eləcə də əhalisinə görə də İndoneziyadan fərqlənir. Ölkəmizin əhalisi 260 milyon, Azərbaycanın əhalisi isə 10 milyondur. Ancaq buna baxmayaraq, ölkəniz kənardan nəhəng ölkə kimi görünür. Belə ki,çox gözəl ölkədir və sülhün və təhlükəsizliyin bərqərar olduğu bir dövlətdir. Buna görə də ölkənizi çox sevirəm.

- Hazırda İndoneziya və Azərbaycan respublikaları hansı əlaqələr mövcuddur?  

- Hər iki ölkə arasında bir çox sahədə qarşılıqlı əlaqələr mövcudddur. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edərkən, ilk dəstəkləyən və tanıyan ölkələrdən biri də İndoneziya Respublikası olmuşdur. Ölkəniz azadlıq əldə etdikdən sonra İndoneziya-Azərbaycan əlaqələri formalaşmağa başladı. Ölkəmizin konstitusiyasında belə bir bənd var: Azadlıq hər bir xalqın haqqıdır və hər bir xalqa məxsusdur. Bu səbəbdən də biz Azərbaycanı dəstəkləyirik.

- Bəs İndoneziya Respublikasının Azərbaycan Respublikasının üzləşdiyi Daqlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

-  Münaqişənin ilk vaxtlarından biz Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik və bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın bölünməz hissəsidir, Azərbaycan xalqının haqqıdır və geri qaytarılmalıdır. Əgər Azərbaycan xalqı torpaqları geri qaytara bilməsə, İndoneziya xalqı torpaqların geri qaytarılmasında sizə kömək edəcək.

- İşğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı BMT-nin qəbul etdiyi 5 qətnamə Ermənistan tərəfindən bu günə qədər icra olunmayıb. Bu məsələ ilə bağlı İndoneziya Respublikasının mövqeyi necədir?

- Daqlıq Qarabağ Azərbaycan xalqının haqqı olduğu üçün dərhal işğaldan azad olunmalıdır. Bu səbəbdən də Ermənistan BMT-nin qətnamələrini də icra edərək torpaqları geri qaytarmaq üçün əməli fəaliyyətə keçməlidir.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.03.2019
  • 18.03.2019
  • 17.03.2019
  • 16.03.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv