Valyuta.com



   



Kənan Mahmudov : "Get, diz çök Mübarizin məzari önündə və üzr istə"

 

Bakı, 13 dekabr, XəzərİnfoTVCəmiyyət. Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı azərbaycanlı bir psixoloq Mübariz İbrahimov haqqında təhqiramiz fikirlər səsləndirib.

XəzərİnfoTV BiG.AZ-a istinadən xəbər verir ki, Türkiyənin “Savaşçı” serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt reaksiya bildirib.

O, serialın aktyorlarının “Mübariz Türk Dünyasının Qəhrəmanıdır” şüarını səsləndirdiyi videonu paylaşaraq Milli Qəhrəman haqqında mənfi rəy bildirən Nərmin Şahmarzadəni nankor adlandırıb:

“Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob Nur dunyasına ləkə sala bilməz”.

Aktyor hesab edir ki, N.Şahmarzadə Mübarizin məzarı önündə dik çöküb üzr istəməlidir:

“Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama”.

Xatırladaq ki, aktyor adıçəkilən türk serialının əvvəlki bölümlərində ssenaristlərdən Xocalıda baş verən soyqırım və Mübarizlə bağlı səhnələrin daxil edilməsini rica etmişdi:

“Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə “ok” dedilər. Mübarizin adı ümumiyyətlə, yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı”.
 
 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.03.2019
  • 25.03.2019
  • 24.03.2019
  • 23.03.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv