Valyuta.com



   



Bakı, 13 dekabr, Xəzərİnfo, Dünya. “Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.

Xəzərİnfo “Report”-a istinadən xəbər verir ki, məlumatı “Euronews” yayıb. 

H.Şaqinyan bildirib ki, “sarı jiletli”lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaqlar. 

O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədi ilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. “Sarı jiletlilər”in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.  

Xəzərİnfo




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv