Valyuta.com



   



Bakı, 13 dekabr, XəzərİnfoHərbi. "Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini hələ iki il öncə - 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi".

Xəzərİnfo "Ölkə.Az" xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Nazir müavini bildirib ki, Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi daxil olmuş Aprel döyüşlərində qüdrətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 

"Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi". 

Y.Musayev vurğulayıb ki, son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu:

"Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Qeyd etmək yerinə düşərdi ki, həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı". 

Xəzərİnfo




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.03.2019
  • 25.03.2019
  • 24.03.2019
  • 23.03.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv