Valyuta.com



   



 

Bakı, 13 dekabr, Xəzərİnfoİqtisadiyyat.  Bu ilin yanvar-sentyabr aylarında cari әmәliyyatlar hesabında 5,1 mlrd. dollar (ötən ilin müvafiq dövrünə nisbətən 4,8 dәfә artım) mәblәğindә profisit yaranıb.

Xəzərİnfo “Report”-a istinadən xəbər verir ki neft-qaz sektoru üzrә profisit 2 dәfә (4,9 mlrd.dollar) artaraq 9,9 mlrd.dollar, qeyri-neft sektoru üzrә CӘB kәsiri isә ötən ilin müvafiq dövrünə nisbətən 21% (831 mln.dollar) artaraq 4,8 mlrd.dollar mәblәğindә olub. Nәticәdә neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrә cari hesabın kәsirini tam örtüb"

Məlumatda qeyd olunub ki, 2018-ci ilin yanvar-sentyabr ayları üzrә tәdiyә balansının ümumi profisiti hәm neftin 42% bahalaşması, hәm dә Cari Әmәliyyatlar Balansında yaranmış müsbәt tendensiyalar hesabına formalaşıb. Cari Әmәliyyatlar Balansında yaranmış 5,1 mlrd.dollarlıq profisit ehtiyat aktivlәrinin 3,7 mlrd.dollar artmasını şәrtlәndirib.

Məlumata əsasən xarici ticarәt dövriyyәsi 23,1 mlrd. dollar tәşkil edib. Neft-qaz sektoru üzrә 12,9 mlrd. dollar hәcmindә yaranmış profisit qeyri-neft sektoru üzrә 5,6 mlrd.dollarlıq kәsiri bağlanıb vә nәticәdә xarici ticarәt balansında 7,3 mlrd.dollarlıq (1,7 dәfә artım) profisit yaranıb.

Xəzərİnfo




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.04.2019
  • 25.04.2019
  • 24.04.2019
  • 23.04.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv