Valyuta.com



   



“Can Azerbaycan” qəzetinin son nömrəsi “Star” qəzetinin əlavəsi kimi çap edilib

 

Bakı, 19 dekabr, XəzərİnfoRegion. Türkiyədə nəşr olunan aylıq “Can Azerbaycan” qəzetinin sonuncu sayı ölkənin nüfuzlu və çoxtirajlı “Star” qəzetinin əlavəsi kimi nəşr olunub və oxuculara pulsuz paylanılıb.

Xəzərİnfo xəbər verir ki, 110 min nüsxə tirajla çap olunan 15 səhifədən ibarət “Can Azerbaycan” qəzetinin bir səhifəsindəki yazılar Azərbaycan dilində təqdim edilib.

Azərbaycan - Türkiyə münasibətlərinə həsr olunan qəzetin yeni sayında iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü  ilə əlaqədar keçirilən tədbirlərə geniş yer verilib. Bununla yanaşı, qəzetdə Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliği ilə bağlı gördüyü işlər haqqında da danışılır.

Qəzetdə, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri geniş işıqlandırılıb. Məqalədə Komitə sədrinin Los-Anceles, Vaşinqton və Nyu-York şəhərlərində Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları, digər xalqların diasporu və rəsmi şəxslərlə keçirdiyi görüşlər barədə məlumat verilib.

Ziya İKRAMLI

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    17.07.2019
  • 16.07.2019
  • 15.07.2019
  • 14.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv