Valyuta.com



   



Bakı, 23 yanvar, XəzərİnfoTVDünya. Venesuelanın paytaxtı Karakasda etirazlar zamanı bir nəfər öldürülüb.

XəzərİnfoTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Venesuela parlamentinin müxalif deputatı Xose Olivares özünün "Twitter" səhifəsində bildirib.

"Bizə etirazlar zamanı odlu silahdan açılan atəş nəticəsində həlak olmuş bir nəfərin cəsədinin Katia rayon xəstəxanasına gətirilməsini təsdiqlədilər", – deyə o yazıb.

Qeyd edilir ki, insanlar hazırda müxtəlif şəhər və rayonlarda barrikadalar qururlar. Hərbçilərlə ilk toqquşmalar haqqında informasiyalar var.

Venesuela parlamenti müxalifətinin rəhbəri Xuan Quaido yanvarın 23-də xalqı ölkədə baş verənlərə qarşı etiraz bildirmək üçün küçələrə çıxmağa çağırıb.

Daha əvvəl prezident Nikolas Maduro Venesuela parlamentinin yeni spikeri Xuan Quaidonu agent adlandırıb. Venesuela prezidenti ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı ABŞ-ın agentidir.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.06.2019
  • 18.06.2019
  • 17.06.2019
  • 16.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv