Valyuta.com



   



Türkiyə və Azərbaycan Türkmənistanı Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşmasında iştiraka çağırıb. 
 
Xəzərİnfo-nun "Turan"a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu bildirib.
 
O, Türkmənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün yekunları üzrə jurnalistlərə bildirib ki, görüş zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müakirə olunub, qaz sahəsinə xüsusi diqqət yetirilib. Əsasən tərəflər Xəzəryanı regiondan Avropaya qaz nəqli məsələsi müzakirə olunub ki, bu da Avropa istiqamətində qaz nəqlinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edəcək.
 
M.Çavuşoğlu  qeyd edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP qaz kəməri tikintisi layihəsinə qoşulmağa çağırıb. Bu layihə Xəzər təbi qazının Avropa bazarına nəqlinin təşkilində mühüm rol oynayacaq.
 
Türkiyə XİN rəhbəri qeyd edib ki, TANAP-ın inşası üçün zəruri sənədlər hazırlanıb, metariallar alınıb və tezliklə tenderlər elan ediləcək.
 
Öz növbəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, hazırda onun ölkəsi sənədlərin hazırlanmasını başa çatdırıb,  TANAP və TAP (Transadriatik) layihələrinin reallaşması üzərində işləyir.
 
O, həmçinin qeyd edib ki, Türkmənistan bu məsələdə əməkdaşlığa maraq göstərir.
 
TANAP və TAP 2019-cu ilədək Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliyanın cənubuna qaz kəməri sisteminin inşasını nəzərdə tutur. 
 
Bu kəmərlərlə Türkiyəyə 6 milyard kubmetr və Avropaya 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.
 
Gələcəkdə qaz kəmərinin gücü 32 milyard kubmetrədək artırıla bilər.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv