Valyuta.com



   



Azərbaycanda Dövlət Yol Polisi, Post Patrul Xidməti və Yol Patrul Xidmətinin əməkdaşları bundan sonra yeni və müasir avadanlıqlarla təchiz olunmuş avtomobillərdən istifadə edəcəklər.

Xəzərİnfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin sifarişi ilə Almaniyadan ölkəyə YPX və PPX əməkdaşları üçün 280-dən çox "Fiat-Doblo" və DYP əməkdaşları üçün də 300-dən çox "BMW" markalı avtomobillər gətirilib.

Avtomobillər "Azadlıq" meydanında nümayiş olunduqdan sonra polis əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, DYP əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür.

Ömər VƏZİRLİ

FOTO: Orxan Kərimov

 

 

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv