Valyuta.com



   



“Gürcüstan Azad Demokratlar” Partiyasının sədri, sabiq müdafiə naziri İrakli Alasaniya azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Xəzərİnfo AzərTAc-a istinadən xəbər verir ki, sabiq nazir görüşdə bir sıra məsələlərə, o cümlədən ölkələrimiz arasındakı münasibətlərə də aydınlıq gətirib: “Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Biz bir-birimizdən ayrı yaşaya bilmərik və dostluğumuzu daha da möhkəmləndirməliyik”.

İrakli Alasaniya regionda həyata keçirilən irimiqyaslı layihələri də yüksək qiymətləndirib: “Bu gün bizim ölkələrimiz Türkiyə ilə birlikdə çox mühüm, strateji layihələr həyata keçirirlər. Ümid edirəm ki, Türkiyə, Azərbaycan və Gürcüstan bir-birinin inkişafı üçün çalışacaqlar. Strateji tərəfdaş olan bu ölkələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin və Bakı-Tbilisi-Qars dəmir yolunun təhlükəsizliyini birlikdə təmin edəcəklər”.

“Azərbaycan-Gürcüstanın əməkdaşlığı xalqlarımıza parlaq gələcək vəd edir”,– deyə sabiq nazir vurğulayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv