Valyuta.com



   



Bakı. 19 fevral.  Xəzərİnfo. Gürcüstan. 

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə qondarma "Cənubi Osetiya Respublikası" arasında "dövlət sərhəd"i haqqında müqaviləni pisləyib.

Gürcüstan mediası xəbər verir ki, XİN bununla bağlı bəyanat yayıb.

Bəyanatda nazirlik beynəlxalq ictimaiyyəti mövcud problemin həlli ilə əlaqədar tədbir görməyə çağırıb. 

XİN Tsixinvali bölgəsinin Gürcüstanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb: "Xarici İşlər Nazirliyi bu faktı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti fəaliyyət, eləcə də beynəlxalq səviyyədə tanınan sərhədlərin süni yolla dəyişdirilməsi kimi dəyərləndirir".

Xatırladaq ki, ötən gün Rusiya ilə qondarma "Cənubi Osetiya Respublikası" arasında "dövlət sərhədləri haqqında müqavilə" imzalanıb. /Report/




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv