Valyuta.com



   



Həmkarlarının Ebrunu təbrik etməməsini, onun azərbaycanlılara dəstək olması ilə əlaqələndirdilər

Türkiyənin TV8 kanalında gedən “O səs Türkiyə” yarışmasında Elnurun qələbəsi ilə bağlı türk kanallarından birində  maraqlı açıqlama olub.

Xəzərİnfo TV-nin A24.az saytına istinadən verdiyi xəbərə görə, Ebru Gündeşin komandasında yarışan həmyerlimiz Elnur Hüseynov yarışda qalib olan zaman onu ilk təbrik edən Ebru Gündeş olub. Qalibiyyətinə uşaq tək sevinən Ebru Gündeşi isə Demet Akalından başqa kimsə təbrik etməyib.

Yarışmada juri kimi iştirak edən Hadisə, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur Ebru Gündeşi qalibiyyəti ilə nəyinki təbrik etməyiblər, hətta yarışdan dərhal sonra çıxıb gediblər. Hətta Gökhan Özoğuzun orada hirsləndiyi də xüsusi qeyd olunub.

Bunu isə, kanalda gedən müzakirələrdə Ebru Gündeşin həyat yoldaşı və Elnurun azərbaycanlı olması və bu səbəbdən müğənninin Elnura dəstək olaraq onu birinci etməsi ilə əlaqələndiriblər.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv