Valyuta.com



   



Bakı. 21 fevral. Xəzərİnfo. İqtisadiyyat.

"Mərkəzi Bankın ABŞ dollarının məzənnəsinin artırılması ilə bağlı verdiyi son qərarı ölkədə birmənalı qarşılanmır. Çünki, yumşaq devalvasiya ilə bağlı açıqlamalar versələr də, bu gün baş verənlər bunun əksini göstərdi, yəni yumşaq devalvasiya özünü sərt devalvasiya ilə əvəzlədi".

Bunu Xəzərİnfo.Az-a açıqlayan iqtisadçı-ekspert Nicat Hacızadə, Mərkəzi Bankın bu qərarını şərh etməyin çətin olduğunu söyləyib.

Bu addımın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Maliyyə Nazirliyi tərəfindən belə kəskin etirazlara səbəb olduğunu söyləyən ekspert qeyd edib ki, bu kəskin devalvasiyanın yalnız bir müsbət halı var: "Bu da istehsalın maksimumlaşdırılmasıdır. İstehsal olunan mallarda alqı prosesi dollarla aparılacaq ki, bu da nəticədən ölkəyə xeyir edəcək. Təbii ki, bu büdcəyə xeyir verəcək, əvəzində isə vətəndaşa ziyan vuracaq. 33.78 faizlik bahalaşma təbii ki, məhsulların qiymətinə də təsir edəcək və məhsullar eyni faizlə artacaq. Artıq bu gün bir sıra mağazalarda qiymət dəyişiklikləri hiss olunmaqdadır". 

Müsahibimiz bildirib ki, banklardan kredit götürənlərin vəziyyəti daha acınacaqlı olacaq: "Dollarla kredit götürənlər artıq daha çox manatla ödənniş edəcəklər. Bu gün ölkə daxilində hər şey manatla hesablandığını nəzərə alsaq, bu da əhaliyə baha başa oturacaq".

N.Hacızadə sonda sonda vurğulayıb ki, hər hansı proqnoz vermək çətindir: "Dünənə qədər 100 dolları 78 AZN-dən alırdıqsa, bu gündən isə 105 ANZ-dən alacağıq. Bu qədər artım edən bankın qarşıdakı hərəkətləri ilə bağlı nəsə demək çətindir. Çox aşağı ehtimalla, qarşıdakı dövrdə ya sabit qalacaq, yada azda olsa enib 1dollar 1 manat svəiyyəsinə düşəcək".

Fərhad BƏXTİYAR 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv