Valyuta.com



   



Bakı, 14 mart, XəzərİnfoTV. İran. Müdafiə Nazirliyi ölkədə “Qədir” adlı quru-su tipli qanadlı raketin kütləvi istehsalına başlanıldığını bildirib.

XəzərİnfoTV-nın SalamNews-a istinadən verdiyi məlumata görə, bunu İranın "Al-Alam" televiziya kanalı yayıb.

Xəbərə görə, sözügedən raketlərin bir qismi artıq Müdafiə Nazirliyi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") hava qüvvələrinə təhvil verilib.

Ölkənin müdafiə naziri, briqada generalı Hüseyn Dehqan və "Sepah" hava qüvvələrinin komandanı, briqada generalı Əli Fədavinin iştirak etdikləri mərasimdə bildirilib ki, 300 kilometr məsafədəki hədəfi dəqiq vura bilən “Qədir” qanadlı raketləri sudakı hədəfləri vurmaq üçündür.

Bundan başqa, adıçəkilən raketin sahildən, sürətli qayıqlardan və helikopterlərdən buraxılmağının mümkünlüyü qeyd edilib.

İranın hərbi rəsmiləri vurğulayıblar ki, ölkənin müdafiə sənayesi bu tip məhsulları sanksiyalar dövründə ərsəyə gətirib.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv