Valyuta.com



   



Bakı, 28 mart, XəzərİnfoTV. Region. ABŞ Konqresində 2016-ci ilin büdcəsindən Azərbaycana və Ermənistana pul ayrılması müzakirələri zamanı narazılıqlar yaranıb.

XəzərİnfoTV-nin ANS TV-yə istinadən verdiyi məlumata görə, narazılığa səbəb Konqresin ölkənin büdcə komitəsinin keçirdiyi iclasında Ermənistana 40 milyon yardım ayırmaq istəməsi olub. Bu təklif nəinki Azərbaycan tərəfinin, həmçinin ABŞ-da bir sıra siyasi dairələrin narazılığına səbəb olub.

Amerikalı ekspertlər isə hesab edirlər ki, ABŞ Ermənistana yardım məsələsində ehtiyatlı olmalıdır.

Ekspert Luk Koffi bildirib ki, ABŞ köməyə ehtiyacı olan dövlətlərə yardımını əsirgəmir.

“Amma burada çox incə bir məqam var. Ermənistan həm köməyə humanitar yardıma ehtiyacı olan, həm də Azərbaycanın ərazilərinin işğalda saxlayan bir dövlətdir. Ona görə də ABŞ bu məsələyə çox ehtiyatla yanaşmalıdır ki, Ermənistana ayrılan pullar ölkənin hərbi imkanlarının artırılmasına və ya işğal etdiyi Dağlıq Qarabağa xərclənməsin. Nəzərə alsaq ki, ABŞ- da güclü erməni diasporu var, onların isə Konqresə təsir imkanları var. Cənubi Osetiya, Abxaziya, Krım, Donbas Rusiya hərbçiləri tərəfindən işğal edilib. Bu ərazilərə isə ABŞ yardım ayırmır”, - deyə Luk Koffi bildirib.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv