Valyuta.com



   



Bakı, 6 may, XəzərİnfoTV. Hərbi. Azərbaycanın Müdafiə Sənayesinin istehsalı olan silah-sursatın Türkiyədə beynəlxalq sərgidə nümayişi davam edir. Sərgi Azərbaycanın istehsal etdiyi silahların xaricə ixracı və raket istehsalı sahəsində texnologiyaların əldə edilməsi baxımından uğurlu qiymətləndirilib.

XəzərİnfoTV-nın ANS TV-yə istinadla verdiyi xəbər görə, növbəti beynəlxalq silah sərgisinin Bakıda keçirilməsi qərara alınıb.

İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi davam edir. Sərgidə iştirak edən ölkələrin öz müdafiə imkanlarını nümayiş etdirməsi, hərbi sənaye nümayəndələrinin dünya silah bazarında özlərinə müştəri və müttəfiq axtarışı ilə müşayiət olunur. 

Azərbayacan Müdafiə Sənayesi Nazirliyinin ayrı-ayrı ölkələrin hərbi sənaye şirkətlərinin nümayədələri ilə görüşlərində bu dəfə strateji silahların, yəni raketlərin istehsalı istiqamətində əməkdaşlıq səyləri diqqət çəkdi. Nazir Yavər Camalovun ABŞ, Almaniya, Fransa, Türkiyə və Rusiya müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüşündə Azərbaycanın bu ölkələrlə əməkdaşlığının prespektivləri müzakirə olundu.

Malaziya Silahlı Qüvvələrini Baş qərargah rəisi, general Zulkifeli Bin Zainlə, eləcə də Pakistan Müdafiə Sənayesi naziri və Türkiyə Silahlı Qüvvələrin birinci ordu komandanı ilə görüşlərində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparıldı.

“Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu bir sərgi oldu. Belə ki, sərgi çərçivəsində Azərbaycanda istehsal olunan atıçı və yüngül artileriya silahlarının, müxtəlif döyüş sursatlarının ixracı istiqamətində bir sıra ölkələrin aidiyyatı qurumlar ilə müzakirələr apardıq, razılıq əldə etdik”, – deyə Yavər Camalov qeyd edib.

Azərbaycan istehsalı olan atıçı silahların, xüsusilə də “M-14” avtomatını, “Zəfər” tapançasının böyük maraqla nəzərdən keçirən Tayland müdafiə sənayesinin rəhbəri Yavər Camalovla görüşündə atıçı silahları almaq istəyini bildirdi.

Keçirilən görüşlərdə müxtəlif ölkələrin müdafiə sənaye nümayəndələri ilə uzaq mənzilli raketlərin istehsal texnalogiyasının ölkəmizə gətirilməsi istiqamətində danışıqlar aparıldı.

“Burada xüsusilə bir sıra ölkələrin şirkət rəhbərləri ilə uzaq mənzilli raketlərin istehsalı texnalogiyasının Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə etdik. Bu bizim üçün ən vacib məsələlərdən biri idi”, – deyə Yavər Camalov bildirib.

Sərginin ikinci günündə bir sıra ölkələrin tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirən müdafiə sənayesi naziri Yavər Camalov ayrı-ayrı ölkələrin müdafiə sənaye şirkətlərinə aid olan stendləri də gəzərək, yeni müasi silah və döyüş vasitələrilə maraqlandı. 

“İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisinin gedişatın zamanıiştirakçılar arasında ölkəmizdə keçiriləcək “ADEX -2016” silah sərgisinin tanıdılması üçün də geniş təbliğat işləri aparılır.

Dünyanın müxtəlif ölkələrinə aid hərbi sənaye şirkətləri 2016-cı ilədə Bakıda “ADEX” kodu ilə keçiriləcək növbəti beynəlxalq müdafiə sənayesi sərgisi dəvət olunur.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv