Valyuta.com



   



Bakı, 14 may, XəzərİnfoTV. Dünya. Suriyanın Qərbi-əl-Qəlamun adlanan bölgəsində “ən-Nusra cəbhəsi” terror təşkilatının başçılıq etdiyi qruplaşmalarla İŞİD arasında baş verən qarşıdurmalardan sonra dövlət ordusu və “Hizbullah” əl-Qəlamun yüksəkliklərində çoxsaylı strateji təpələri azad edə bilib.

XəzərİnfoTV-nun SalamNews–a istinadla verdiyi xəbərə görə, Suriya ordusu və “Hizbullah” əl-Qəlamun yüksəkliklərində Livandan ölkəyə keçən silahlıların bir sıra dəhlizlərinə nəzarəti də ələ keçiriblər.

Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib ki, İŞİD və digər qruplaşmalar Hələb əyalətinin şimalında da silahlı qarşıdurmalarda iştirak ediblər. Bildirilib ki, ötən gün İŞİD-in basdırdığı minaya düşən rəqib terrorçu qrupllar azı 15 itki veriblər.

Suriyanın dövlət informasiya agentliyi SANA İdlibin streteji Cisr-Şuğur şəhərinin mühasirəyə alındığını və tezliklə şəhərin geri qaytarılacağını bəyan edib.

Bu arada, Suriya prezidenti Bəşər Əsəd İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədri Əlauddin Brucerdini qəbul edib. Bəşər Əsəd ölkədəki terrorçu qruplaşmaların nə qədər dəstəklənəcəyindən asılı olmayaraq, mübarizənin sona qədər aparılacağını vurğulayıb.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv