Valyuta.com



   



Bakı, 19 may, XəzərİnfoTV, Hadisələr. Bakıda hündürmərtəbəli binada yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyindən XəzərİnfoTV-yə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. 

Hazırda yanğının söndürülməsi davam edir. 

Əlavə məlumat veriləcək.

***

11:45.

XəzərİnfoTV-nın Anspress-ə istinadla verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb. 

Fövqəladə Hallar Naziriliyinin "qaynar xətti"ndən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Hazırda binanın söndürülməsiu istiqamətində iş görülür.

Ətraflı məlumata veriləcək. 

Xatırladaq ki, bənzər hadisə ötən ay Xətai rayonunda da baş vermişdi. Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. Daha sonra binanın fasadını alov bürüyüb. 

Yanğın mənzillərə keçdiyindən binada yaşayanlar təxliyyə edilib. 

Qeyd edək ki, videonu jurnalist Əzizə İsmayılova paylaşıb. 

YENİLƏNİR....

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv