Valyuta.com



   



Bakı, 20 iyun, XəzərİnfoTV. Dünyaİraqın Beyci şəhəri Səudiyyə və çeçen əsilli terrorçuların cəsədləri ilə dolub.

XəzərİnfoTV SalamNews-a istinadla xəbər verir ki, ölkənin könüllü briqadalarına aid “Əhlil-Haqq" batalyonları Beyci qəzasının Bu-Carrad bölgəsində İŞİD-i pusquya sala bilib.

Döyüşdə onlarla İŞİD terrorçusu məhv edilib. Onların bir qisminin Səudiyyə Ərəbistanı və Çeçenistandan gəldiyi məlum olub.

İraqda terrorçulara qarşı əməliyyatlar əl-Ənbarın digər regionlarında da aparılıb. Əyalətin Fəlluca şəhəri ərazisində bir səudiyyəli daxil olmaqla 6 terrorçu zərərsizləşdirilib.

İraq Daxili İşlər Nazirliyi digər bir məlumatda, əyalətin Hit qəzasında İŞİD qərargahlarından birinə endirilən hava zərbəsində 23 terrorçunun məhv edildiyini bildirib.

Hazırda İraq ordusu, Xalq Səfərbərlik Qüvvələri və “Peşmərgə” Ənbar, Səlahəddin, Neynəva və Kərkük əyalətlərində İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv