Valyuta.com



   



Bakı, 25 iyun, XəzərİnfoTV, Cəmiyyət. Bu gün Azərbaycanda azad xəbərin, azad informasiyanın əsasını qoyanlardan, onun uğrunda mübarizə aparan saytlardan biri olan - Azadxəbər.az saytının 7 yaşı tamam olur.

Bununla bağlı XəzərİnfoTV-ya məlumat verən saytın baş redaktor əvəzi İlkin Əli Məmmədli bildirib ki, 2008-ci ilin iyun ayının 25- də fəaliyyətə başlayan Azadxeber.az bu günə qədər azad, qərəzsiz və sifarişsiz xəbər yayımlamağa çalışıb: "Bu illər ərzində saytımıza qarşı müxtəlif təzyiqlər edilib. Bu təzyiqlərin pik nöqtəsi baş redaktorumuz Nicat Əliyevin şərlənərək həbs olunması olub. Amma bu həbs və təzyiqlər bizi yolumuzdan ayıra bilməyib".

Bu gün 7 yaşlı saytın artıq öz sözünü deməyi bacardığını deyən baş redaktor əvəzi qeyd edib ki, devizlərindən biri də "xalqın nigaran" səsidir: "Bu günə qədər bir çox çətinliklərlə üzləşsək də, fəaliyyətimizi davam etdirməyə çalışmışıq. Bu gün əgər ayaqdayıqsa bunu oxucularımıza borcluyuq".

İlkin Əli Məmmdli gələcək planları barədə də məlumat verib: "Gələcəkdə "Azad TV" layihəmizi daha da böyütməyi hədəfləyirik. Yaxın günlərdə qəzetimiz buraxılacaq. İnşallah elektron mediada olduğu kimi, çap mediasında da uğurlar əldə etməyə çalışacağıq".

P.S: Xəzərİnfo.Az saytı adından Azadxeber.Az saytının rəhbərliyini və redaksiya heyətini bu yubiley münasibətilə təbrik edirik. İnşaallah, saytınızın 17, 27, 37, 47, 57 illiklərini yaşını qeyd edəsiniz. 

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv