Valyuta.com



   



Bakı, 21 sentyabr, XəzərİnfoTV, Mədəniyyət. Ermənilərə qarşı aparılan informasiya müharibəsində yeni tarixi faktlarla silahlanmaq zərürəti ictimai-siyasi gündəmdə qalan aktual məsələlərdən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İctimaiyyətlə əlaqələrin inkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanmış yeni sənədli film böyük əhəmiyyət kəsb edir.

“Ermənilərin Qafqaza köçü xronikası” (“Хроники переселения армян на Кавказ”) filminin müəllifi olan Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənova bu günlərdə Azərbaycanın Latviyadakı səfirliyində filmin təqdimatını keçirib.

Bu barədə XəzərİnfoTV-yə açıqlama verən Şəlalə Həsənova filmin konsepsiyasını açıqlayıb. O, vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas məsələlərindən biri Cənubi Qafqaz etnoslarının alloxtonluğu və avtoxtonluğu məsələsidir: Qərb elimi-siyasi dairələrində hələ də məsələnin ermənilər tərəfindən saxtalaşdırılan izahı daha çox qəbul olunur. Məhz bu problem ermənilərin Qafqaza gəlməsi barədə təkzibolunmaz faktları dünya ictimaiyyətinə məqsədyönlü çatdırmağı tələb edir. Tarixi həqiqətlərin xarici ölkələrdə ən uğurlu təbliğat formasından biri sənədli filmdir. Bundan çıxış edərək, “Хроники переселения армян на Кавказ filmi hazırlanıb ki, burada Qərb, Rusiya və erməni alimlərinin tezisləri əsasında Qafqazın və müasir Türkiyə ərazisinin ermənilərin ilk vətəni olmaması sübut edilib.

Onun sözlərinə görə, tamaşaçıların tarixi faktları rahat qavraması üçün film 9 hissəyə bölünüb: Filmin xronikası ermənilərin Balkan yarımadasından, daha dəqiq Fessaliyə və Frakiyadan kiçik Asiyaya – Friqiyaya, daha sonra Frat çayına və Van gölünə köçdükləri qədim zamandan başlayır. Sonra IV-VIII, XV, XVI, XVIII, XIX, XX-ci əsrlərdə baş vermiş əsas hadisələri şərh edilir və sonuncu hissə Azərbaycan Prezidenti İlham Əliyevin “Biz heç vaxt razı olmayacayıq ki, Azərbaycan ərazisində ikinci süni erməni dövləti yaradılsın” konseptual fikri ilə tamamlanır. Beləliklə XX əsrin əvvəllərində Ermənistanın Qafqazda yaranmasına yardımçı olan əsas hadisələrin konturları cızılıb.

Müəllif qeyd edib ki, film 24 elmi mənbə, 7 xəritə, unikal sənədlər, İrəvan xanlığının və Erivan qəzasının zadəgən elitasının eksklyuziv fotoşəkilləri əsasında hazırlanıb: “Təqdim edilən faktlar yalnız antik, rus, erməni və qərb müəlliflərinin sitatları ilə şərh edilir (15 iqtibas). Beləliklə filmdə işıqlandırılan dəlillərin əsaslılığı və etibarlılığı vurğulanir. Əsər onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycan İrəvanının elit zədaganlığının fotoşəkilləri əsasında hazırlanıb. Təqdim edilən faktlar sırf erməni və qərbi müəlliflərin sitatları ilə şərh edilir, bu isə onların əsaslı və həqiqətəuyğun olduğunu sübut edir.

Nailə

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv