Valyuta.com



   



Bakı, 08 oktyabr, XəzərİnfoTV, Hərbi. Suriyada İŞİD terrorçu qruplaşmasının mövqelərinə Xəzər dənizindən raket zərbələri endirən Rusiya gəmisinə ikinci dərəcəli kapitan, azərbaycanlı Vüsal Miriyev rəhbərlik edib.

XəzərİnfoTV-nin Anspress-ə istinadla verdiyi məlumata görə, oktyabrın 7-də Xəzər donanmasının 4 raket gəmisi İŞİD terrorçularının 11 hədəfinə 26 qanadlı raket zərbəsi endirib.

Raket zərbələri endirən gəmilər arasında "Dağıstan" raket gəmisi də olub. Bu gəminin komandiri azərbaycanlı, ikinci dərəcəli kapitan Vüsal Miriyevdir.

O, 1978-ci il avqustun 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub. 1996-cı ildənRusiya Silahlı Qüvvələrində xidmət edir. Vüsal Miriyev 2002-ci ildə Fyodr Fyodoroviç Uşakovadına Baltik hərbi-dəniz institutunu başa vurduqdan sonra Xəzər donanmasında xidmət etmək üçün göndərilir.

Vüsal Miriyev 2002-ci ildən 2005-ci ilədək Xəzər donanmasında raket gəmisində komandir köməkçisi kimi xidmət edir. 2005-ci ildən 2010-cu ilədək isə həmin gəminin komandiri olur. Miriyev 2010-cu ildə "Tatarıstan" gözətçi gəmisinin, daha sonra isə "Dağıstan" raket gəmisinin komandiri təyin edilib.

2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev "Dağıstan" raket gəmisinə baş çəkib. Dövlət başçılarına gəminin komandiri təqdim edilib. Komandirin azərbaycanlı Vüsal Miriyevin olması isə prezident İlham Əliyev üçün xoş təsir bağışlamışdı.

Vüsal Miriyev evlidir və onun iki qızı var.

Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığı barədə rəsmi açıqlama verib. Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib. Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - deyə prezident bildirib.

Rusiya qırıcıları Suriya ərazisini sentyabrın 30-dan bombalayır. Rusiya Suriyada əməliyyatları Su-25 və Su-24M təyyarələri ilə həyata keçirir.

XƏZƏRİNFO.AZ

 

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv