Valyuta.com



   



Bakı, 21 may, Xəzərİnfo, Ədəbiyyat. Gənc yazıçı, Şərqşünas alim, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadənin növbəti romanı işıq üzü görüb.

Xəzərİnfo xəbər verir ki, “Səmaya Qayıdan Yazı” adlanan romanda Şərq dünyasında tüğyan edən terror hadisələrindən, Qərb dünyasının hadisələri soyuqqanlılıqla izləmələrindən, eyni zamanda müasir dövrdə bir ailənin faciəsindən bəhs edir.

Azərbaycanlı həkimin kiçik qardaşı aldanaraq qaragüruh qüvvələrə qoşulur. Həkim onu terrorun pəncəsindən xilas etmək üçün Yaxın Şərqə üz tutur, ancaq orada baş vermiş hadisələrin canlı şahidinə çevirilir.

O, ərəb ölkəsində cərəyan edən müasir dövrün xərçənginə çevrilmiş terror aktlarında, sivil insanlara qarşı edilən təcavüzlərdə radikal qruplaşmalarla əlbir olmuş işğalçı erməni idealogiyasının cinayət izlərilə də üzləşir.

“Səmaya qayıdan yazı” müəllifin sayca ikinci romanıdır. Əli Rzazadənin müəllifi olduğu “Yağış” adlı romanı və “Nurdan Zərrələr” adlı əsəri bundan öncə oxucular tərəfindən maraqla qarşılanıb.

Müəllifin “Xocalıya Ədalət” (əl-Ədalət li Xocalı) adlı kitabı Qarabağ həqiqətlərini, xüsusilə də 1992-ci ilin 26 fevral tarixində erməni işğalçılarının Xocalıda həyata keçirdikləri qətlamı dünya ictimaiyyətinə, ərəb dünyasına çatdıran ilk ən mükəmməl əsərdir.  “Xocalıya Ədalət” əsəri ərəb ölkələrinin bir sıra ali təhsil ocaqlarında, kitabxanalarında, rəsmi qurumlarında olması, ərəb oxucusunun erməni faşizminin əsl simasını görməsinə qapı açır. 

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv