Valyuta.com



   



Mayın 26-da 2016-2017-ci tədris ilindən başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərəcək Fransız -Azərbaycan Universitetinin (UFAZ) təqdimatı keçirilib. ADNSU-nun dəstəyi, Təhsil Nazirliyinin, Fransa səfirliyinin təşkilatçılığı ilə baş tutan təqdimat orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
Tətbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelya Buşez, Təhsil Nazirliyinin aparat rəhbərliyinin müavinləri Yaqub Priyev, Fariz Rzayev, eləcə də 300 abituriyent və valideyn iştirak edib. ADNSU rektoru, professor Mustafa Babanlı tədbiri açaraq universitet haqqında ətraflı məlumat verib və yeni yaranan UFAZ-ın əhəmiyyətindən danışıb. Rektor Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin yaradılmasının əhəmiyyətini qeyd edib və bu istiqamətdə yüksək fikirlər bildirib. O, UFAZ-ın Bakıda, ADNSU-nun tədris binasında yerləşəcəyi, burada nüfuzlu Fransa universitetlərinin iştirakının nəzərdə tutulduğunu, tədrisin ilkin mərhələdə tam ingilis dilində, tələbələrin fransız dili səviyyəsi nəzərə alınmaqla qısa müddətdə bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağını, ilkin mərhələdə bakalavr təhsil səviyyəsi hazırlığının müəyyən olunduğunu, gələcəkdə isə magistr hazırlığının aparıla biləcəyini, təhsil proqramına əsasən buraxılış işinin tərəfdaş universitetə yazılması əsasında qurulacağı barədə danışıb. Eyni zamanda məzunların dual diplomlarla təmin olunması, universitetin 2016-2017-ci tədris ilindən 120 tələbə ilə fəaliyyətə başlayacağı qeyd olunub, Fransız-Azərbaycan universitetinə qəbulla bağlı bir sıra tədbirlərin yerinə yetirilməsi üçün tələb olunan məsələləri şagirdlərin nəzərinə çatdırılıb. Qeyd edilib ki, Kimya mühəndisliyi, İnformasiya texnologiyaları mühəndisliyi, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi ixtisasları tədris olunacaq.
Xanım Orelia Buşez ADNSU-nun tələbələrinin bilik səviyyəsinin yüksək olduğunu qeyd edib. Bu ali təhsil müəssisəsinin nəzdində Azərbaycan-Fransa Universitetinin yaradılmasını tərəflər arasında əməkdaşlığın inkişafına xidmət kimi dəyərləndirən səfir ADNSU-nun – Azərbaycanın Neftin çıxarılması və hasil olunması sahəsində yüksək səviyyəyə malik mütəxəssisləri olduğunu vurğulayıb.
Təqdimatda iştirak edən digər nüfuzlu nümayəndələr şagirdlərə Fransız – Azərbaycan Universitetinin (UFAZ) metodologiyası, proqramı və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Görüşdə fransız müəllimlərin Azərbaycana gəlib tədris aparmasının nəzərdə tutulduğunu, azərbaycanlı tələbələrin magistraturanı Fransada davam etdirmək imkanlarına sahib olacağını qeyd ediblər. Tərəflər tələbələrin təcrübələr keçməsi üçün potensial şirkətlərlə, müəssisələrlə, laboratoriyalarla əməkdaşlığın qurulmasını önə çəkiblər. Eyni zamanda tələbələrin mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən seçilməsi məsələsi də müzakirə olunub. Pedoqoji aspekt, rəqəmsal platforma, müəllim-tələbə mübadiləsi, tələbənin təhsil proqramını sərbəst idarə etməsi üçün tələb olunan vasitələr müzakirə olunmaqla, bütün bunların uğurla həyata keçirilməsi üçün ADNSU və onunla əməkdaşlıq edən şirkətlərdə geniş imkanların mövcudluğu önə çəkilib.
Daha sonra beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Qənirə Quliyeva ADNSU-nun tarixini, fakültələr, mövcud ixtisaslar, beynəlxalq əlaqələr, tələbələrin sosial həyatı və sair istiqamətləri əks etdirən məlumatları təqdim edib. UFAZ-ın koordinatoru Şarlot Payen isə öz növbəsində Fransiz-Azərbaycan Universiteti haqqında məlumat verib. Daha sonra şagirdlər UFAZ-a qəbul, qəbul prosesində şagirdlərə yaradılacaq imkanlar, təhsilin dili, təhsilin Fransada davam etdirilməsi imkanları və sair suallarla müraciət ediblər.

“ADNSU xəbər”




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv