Valyuta.com



   



Bakı, 18 oktyabr, Xəzərİnfo, Ədəbiyyat. 

Ayaqlar altına düşən birini,

gözümün üstünə qoysam, nə fayda?

Son mənzili hicran olacaq eşqdən,

doymasam nə fayda,doysam, nə fayda?

 

Gözəl bəxt istədim çərxi fələkdən,

bəxtimə dərd düşdü bəxti-ələkdən.

İçində özgəsi olan ürəkdən,

mən yox,özgə çıxar "oysam", nə fayda?

                     

"Can şirindir" demə, candan bezənə,

yazıqdır dərd vermə dərdə dözənə.

Günah axtarana,günah gəzənə,

bütün savabımı saysam, nə fayda?

 

Əgər o özgəyə həmdəmsə, yarsa, 

qəlbində mən deyil, özgəsi varsa, 

O, mənim sevgimin səsinə "karsa",

bağırıb,dünyaya yaysam nə fayda?

                        ****

Qurbağa gölünə düşən ceyrana,

o göldən lilli su dəyər, ya dəyməz?

Vicdanı təmizsə, şərə tuş gələn,

başını yerlərə əyər, ya əyməz? 

 

Saçını gah qara, gah da ağ hörən,

nə xoş gün, nə də ki, cavanlıq görən,

Ömrü hədər edib, yellərə verən,

sonunda başına döyər, ya döyməz? 

 

"Büdrəsən", qaçmağı gözləmə mərddən,

düşmən də mərd olsa, uzaqsan dərddən.

Bir udum yaxşılıq umsan namərddən,

özünü hər yerdə öyər,ya öyməz? 

 

Bəxtim gah "bəm oldu, gah qalxdı zilə",

qəmi qarşıladım mən gülə-gülə.

Əgər barışıbsa taleyi ilə,

Arzu bu talehi söyər, ya söyməz?

                    ****

Tutub saçlarından bu dəli eşqin,

başını divara vurmağım gəlir.

Əlindən haraya qaçsam,

yoluma çıxan ayağını qırmağım gəlir. 

 

Nə mənə rəhm edir, nə də qəlbimə,

elə bil qəsdimə durubdu bu eşq.

Alıb əllərinə həsrət adlı daş,

başıma-başıma vurubdu bu eşq.

 

Nə üzlü qonaqmış, qovuram getmir,

əzabına lənət,oduna lənət!

Dedilər, "məhəbbət bal kimi dadır",

ay yalansa, bunun dadına lənət!

Arzu GÖYTÜRK




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv