Valyuta.com



   



Bakı, 24 oktyabr, XəzərİnfoTV, Maqazin. Müğənni Əlikram Bayramov bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurmalistlərlə görüşüb.

XəzərİnfoTV-nun Teleqraf.com-a istinadən verdiyi məlumata görə, ifaçı tədbirdə sözləri Hüseyn Arifə, musiqisi Tahir Əkbərə məxsus olan "Bu dünyanı sevək" adlı klipini mediaya təqdim edib.

Ekran işini təqdim edən ifaçı daha sonra təəssüratlarını bölüşüb:

"Bu mahnı heç bir zaman efirdə olmayıb. Daim düşünürdüm ki, bu bəstəni oxudum. Sözləri də qeyri-adidir. Elə bilirdim, insanları yormuşam. Bir ara geri çəkildim, bir çox ifaçılar üçün boşluq yarandı. Amma yenidən qayıtdım ki, mən hələ varam".

Daha sonra ekran işinin rejissoru Natiq Novruzov öz düşüncələrini dilə gətirib: "Bir neçə klip çəkmişəm. Hər işimdə bir sənət qurmuşam. Təbiətə hər bir insanın borcu var. İnsan olaraq borcu yerinə yetirməyə çalışdım".

Konfransda qonaq olan əməkdar artist Firuzə İbadova klipi bəyəndiyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə mərhum bəstəkar Tahir Əkbərin ömür-gün yoldaşı Aybəniz xanım da iştirak edib.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.08.2019
  • 17.08.2019
  • 16.08.2019
  • 15.08.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv