Valyuta.com



   



Bakı, 30 oktyabr, XəzərİnfoTV, Hadisələr. Binəqədi-Novxanı yolunda, "Duz gölü" adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
XəzərİnfoTV Movqe.az-a istinadən xəbər verir ki, hadisə VAZ 21099 markalı avtomobilin sərnişin avtobusuna çırpılmasından sonra baş verib.
 
Hadisə şahidləri bildirib ki, Binəqədi-Novxanı yolu ilə hərəkətdə olan sərnişin avtobusu yolun hərəkət hissəsində qəfil saxlayaraq yolda sərnişin düşürdüb. Bu zaman həmin istiqamətdə hərəkətdə olan VAZ 21099 markalı avtomobil avtobusa çırpılıb.
 
Bundan sonra zəncirvari qəza hadisəsi baş verib.
 
Həmin istiqamətdə hərəkət edən "Şaqman" markalı yük maşını VAZ 21099-çırpılıb. Zəncirvari qəza nəticəsində sərnişin avtobusu sürücüsü ağır, sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıblar.
 
VAZ 21099 markalı avtomobilin içərisində olan üç nəfər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.
 
 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv