Valyuta.com



   



Bakı, 16 noyabr, Xəzərİnfo, Ədəbiyyat. Noyabrın 15-də Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilib.

Xəzərİnfo xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında keçirilir.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib. O, Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyini söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva ideyanın həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib.

A.Sofiyeva layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd edib.

O deyib ki, bu layihə mütaliəyə marağın artmasında, uşaqlara kitabı sevdirməkdə, ailəliklə mütaliə etməkdə, ailə münasibətlərinin, ailə bağlarının inkişafında çox böyük rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov belə layihələri dəstəklədiyini bildirib və mənəvi dəyərlərin qorunması istiqamətində çox işlərin görüldüyünü vurğulayıb.

Eyni zamanda, Bilik Fondu tərəfindən də müxtəlif layihələrin həyata keçirildiyini bildirib və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın rolunun əhəmiyyətinin xüsusi rolu olacağını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov layihə barədə fikirlərini söyləyib, müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulayıb və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı kitaba, mütaliəyə sevginin ailədən gəldiyini söyləyib, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq bu layihəni dəstəklədiyini bildirib.

Vüsal Türkoğlu




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv