Valyuta.com



   



Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub. 

Xəzərİnfo TV ANS TV-yə istinadən xəbər verir ki, 20 yaşlı şəhid Elşən Əfəndiyev yanvar ayında hərbi xidmətə gedib. O xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərlyi tərəfindən mükafatlandırılıb. 

Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.

Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirib. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyib. Allah rəhmət etsin!

Xəzərİnfo TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv