Valyuta.com



   



Bakı, 22 noyabr, Xəzərİnfo, Ədəbiyyat. "Şərqin böyük mütəfəkkiri Nemətullah Naxçıvaninin yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşünün vəhdət təşkil etməsi onu həm də türk-islam alimi kimi tanıdıb, hətta öz dövründə alimlərin ən fəzilətlilərindən biri səviyyəsinə yüksəldib".

Xəzərİnfo AzərTac-a istinadən xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı” mövzusunda keçirilən açıq dərsdə səsləndirilib.

Açıq dərsdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov əvvəlcə mərkəzin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verib. O, mövzu ilə bağlı çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il oktyabrın 29-da “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin öyrənilməsinə yüksək dövlət qayğısının növbəti ifadəsi olmaqla görkəmli şəxsiyyət, böyük alim Nemətullah Naxçıvaninin həyat və yaradıcılığının dərindən öyrənilməsinə hərtərəfli şərait yaradır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı ətraflı mühazirə oxuyaraq vurğulayıb ki, Naxçıvanın görkəmli yetirmələrindən biri olan Nemətullah Naxçıvani 1452-1514-cü illərdə yaşayıb, təsəvvüf və təfsir alimi kimi tanınıb. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub.

Bildirilib ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) əsəri islamşünaslığa böyük töhfə olmaqla yanaşı, həm də ona şöhrət qazandırıb. Sufi şeyxi və filosofun “Hidayət əl-İxvan” (Təsəvvüfə dair əsər), Mühyiddin ibn Ərəbinin “Füsusəl hikəm”inə yazdığı təsəvvüfə bir şərh, “Əl-Kadi təfsiri haşiyəsi”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” adlı təsəvvüfə dair farsca əsərinin eyni dildəki şərhi, Qazi Beyzavinin “Ənvar ət-Tənzil və əsrar ət-Təvil” əsərinə haşiyə (qeydlər) kimi şərh və məqalələri günümüzə qədər gəlib çatıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv