Valyuta.com



   



Qazaxıstan 2015-ci ildə Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında saziş imzalayacaq və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulacaq.

Xəzərİnfo Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov parlamentin aşağı palatasında keçirilən "hökumət saatı" müzakirələrində bildirib.

Nazir bildirib ki, Astana ilə Aİ arasında ötən il başlanan başlanan danışıqlar geniş əməkdaşlıq barədə yeni anlaşma ilə başa çatmaq üzrədir: "Ümid edirik ki, hər iki proses bu il başa çatacaq. Razılaşdırılması çətin bürokratik prossedurlardan sonra bu saziş imzalaya biləcəyik".

E.İdrisov, xatırladıb ki, bu il yanvarın 20-də bu sənədin mətni Aİ ilə paraflandırılıb. 

ÜTT-yə daxil olmaq üzrə olduqlarını deyən nazirin sözlərinə görə, bu qurumun həm iqtisadi, həm də siyasi əhəmiyyəti çoxdur: "Bu, qlobal iqtisadi münasibətlərinin tarazlaşdırılmasıdır. ÜTT vasitəsilə biz dünya ticarətinin çoxşaxəli sisteminə, onun standartlarına, normalarına və qaydalarına qarşı çıxış imkanı əldə edəcəyik. Qazaxıstan bu istiqamətdə ardıcıl surətdə işləyir".

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv