Valyuta.com

   



Prezident Administrasiyası ilə Nazirlər Kabineti iqtisadiyyatın, təhsilin və elmin idarə edilməsində, digər mühüm həyati əhəmiyyətli sahələrin idarə olunmasında paralel strukturlara malikdirlər. Azərbaycan Konstitusiyasına görə ölkəmiz prezident respublikasıdır.

Nazirliklərimizin Nazirlər Kabinetinə tabeçiliyi formal xarakter daşıyır. Nazirlərimizin hamısı birbaşa prezidentə tabedirlər. Nazirlər Kabinetinin iclasını həmişə prezident aparır. O zaman sual olunur ki, bizim Respublikaya Nazirlər Kabineti lazımdırmı? Suala cavab verməzdən öncə qeyd etməliyəm ki, Konstitutusiyamızda Baş nazir və Nazirlər kabineti haqqında da müddəalar var. Amma yaxşı olardı ki, biz konstitusiyamızdan Nazirlər Kabineti haqqındakı müddəaları çıxaraq. Nazirlər kabinetini və baş nazir postunu  ləğv edək. Konstitusiyamıza baş nazir əvəzinə dövlət katibi haqqında müddəalar əlavə edək.  

Azərbaycanda neçə nazirlik olmalıdı? 

İdarəetmə sisteminin təkmilləşdirilməsi və  onun çevikliyinin yüksəldilməsi naminə çoxsaylı nazirliklərin və komitələrin birləşdirilməsi zərurəti isə çoxdan yaranıb. Burada əsas meyar paralelçiliyin aradan qaldırılması və eyni məqsədə xidmət edən strukturların vahid strukturlarla əvəzlənməsi olmalıdır. Təhlillər əsasında gəldiyim nəticələr belədir ki, ölkəmizdə aşağıdakı nazirliklər olmalıdır. 

1. Daxili İşlər nazirliyi 

2. Milli təhlükəsizlik nazirliyi

3. Ədliyyə nazirliyi

4. Rabitə nazirliyi

5. Mədəniyyət və Turizm nazirliyi

6. Səhiyyə nazirliyi

7. Dövlət gömrük komitəsi

8. Vergilər Nazirliyi

9. Kənd Təsərrüfatı və Ərzaq nazirliyi

10. Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə dövlət xidməti müəyyən funksiyaları ilə fərqlənsə də onların əsas məqsədi ölkəmizin müdafiəsidir. Ölkəmizin vahid müdafiə konsepsiyasının və strategiyasının yaradılması naminə bu nazirlik və xidmətin Müdafiə nazirliyi adı altında  birləşdirilməsi zəruridir.  

11. Xarici İşlər nazirliyi, Dövlət Miqrasiya Xidməti, Diaspor ilə iş üzrə dövlət komitəsi xarici siyasətimizin formalaşmasında müxtəlif funksiyaları yerinə yetirsə də vahid xarici siyasət konsepsiyamızın və strategiyamızın yaranması üçün onların  Xarıcı İşlər nazirliyi adı ilə birləşdirilməsi zəruridir. 

12. İqtisadiyyat və Sənaye nazirliyi, Dövlət Statistika komitəsi, Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət komitəsi vahid iqtisadi siyasət konsepsiyamızın və strategiyamızın yaranması namınə İqtisadiyyat, Sənaye və İnkişaf nazirliyi adıyla birləşdirilməlidir. 

13. Fövqəladə Hallar nazirliyinin, Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Azərsu ASC-nin Fövqəladə Hallar və Ekologiya nazirliyi kimi universal adla birləşdirilməsi məqsədəuyğundur. Çünki ekoloji situasiyanın pisləşməsi, ekoloji normativlərin pozulması, dəniz və suların çirklənməsi fövqəladə hallar deməkdir. 

14. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin, Gənclər və İdman nazirliyinin, Qaçqinlarin və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin Sosial İnkişaf nazirliyi adıyla birləşdirilməsi daha effektli olar. Bu təşkilatların hamısı sosial yönümlüdür. 

15. Təhsil nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birləşdirilməsi və bu nazirliyin Təhsil, Elm və İnnovasiyalar adlandırılması təhsillə elmin vəhdətini yarada bilər.  

16. Azərbaycanda vahid energetika siyasəti aparmaq naminə Energetika nazirliyinin, Dövlət Neft şirkətinin, Azərenerjinin və Azəriqaz şirkətlərinin Energetika nazirliyi adıyla birləşdirilməsi səmərəli idarəetməni və vahid energetika konsepsiyasının yaranmasını təmin edə bilər.  

17. Nəqliyyat nazirliyinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birlşdirilməsi və bu birləşmiş qurumun Nəqliyyat nazirliyi adlanması məqsədəuyğundur. 

18. Maliyyə nazirliyinin Qiymətli Kağizlar üzrə dövlət komitəsi ilə birləşdirilməsi və bu qurumun Maliyyə Nazirliyi adlanması məqsədəuyğundur. 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv