Valyuta.com

   



Xarici xüsusi xidmət orqanları Azərbaycan müxalifətinə nəyin qarşılığnda yardım vəd edir?

Azərbaycan müxalifəti son dönəmlər aktivləşərək, ölkədəki siyasi sabitliyi və təhlükəsizliyi pozmağa çalışır. İnqilab çağırışları etməyə başlayan müxalifət, eyni zamanda, Qərbin və ABŞ-ın gəlib burda hakimiyyət dəyişikliyi edəcəyini iddia edərək insanları Dövlət əleyhinə səsləyir.

Aktual bir sual yaranır; Azərbaycan müxalifəti xarici qüvvələrə nə vəd edir ki, onlar da ölkədə siyasi dəyişiklik söz versinlər? Ölkənin hər bucağını satmaq qarşılığına, Azərbaycanda sırf ermənipərəst mövqe yaratmaq qarşılığına və ya Azərbaycanla terrorçu Ermənistan arasında bu qədər faciələri unudaraq "dostluq", münasibətləri yaratmaq qarşılığına?

Hər halda səbəb, arqument və maraqlar çox sayda ola bilər. 

Azərbaycan müxalifəti, xalqı qırğına, məhşər ayağına sürükləmək, dar ağacına çəkmək istəyir. O gözlənilən inqilablar xalqın, günahsız insanların başında çatlayar! Suriyanı, İraqı, Misiri, Liviya və eləcədə Ukraynanı görmürlər ki, inqilab davası çəkirlər?

Azərbaycanda yüzlərlə bir-birinə əks və düşmən qüvvələr var. Əgər bu deyilən inqilab məsələsi reallaşarsa, elə qonşumuz İran dərhal qalxacaq. Vəhhabilər də Şimaldan qalxacaq, siyasi məsələlər qalacaq bir tərəfdə, ölkə dini fətvaların qurbanı olacaq. Azərbaycan tamami ilə hərb, duel meydanına çevrilər. İran mollalarının çoxdan gözünü dikdiyi Azərbaycan ərazilərində özlərinin Şiə dövlətini yarada bilmək üçün, cihad çağırışları, "İslam inqilabı" fətvaları ilə Vəhhabi terrorçularının da İslam dövləti, Xilafət qurmaq xülyaları məhz Azərbaycanda toqquşacaq. Ölkə qan gölünə çevrilər. Suriya və İraqın günündən daha ağır bir məhşər günü yaranar. Cüzi tərpəniş kifayətdir ki,dini ekstremist qüvvələr hərəkətə gəlsin. 

Azərbaycan müxalifəti bunları istəyir? Radikal müxalifət kimə və nəyə xidmət edir?

Onlar hakimiyyətə gəlsələr, 1992-ci ilin durumundan da ağır vəziyyət yaşanar. O zaman dini zəmində qırğınlar, müharibələr, o dərəcədə terorlar yoxu idi, indi bunun yüz qatı var! Ölkə ekstremist-terorçu qüvvələrlə doludur. Azacıq tərpəniş hamısını hərəkətə gətirər və qarşısını almaq mümkün olmaz. Ən ağrılı yer odur ki, hamısı bir-birinə zidd qüvvələrdir, burda baş kəsə bilmədikləri üçün İraqa, Suriyaya gedirlər. Əgər zərrə qədər imkanları olsa, hakimiyyət boşluğu yaranarsa, bir-birinə düşmən əqidəli dini qruplar baş qaldıracaq. Hamısi bir-birinə silah tuşlayacaq. Bu da ölkə üçün Məhşər ayağına çəkilmək deməkdir.

Çox şükür ki, bu gün ölkənin təhlükəsizliyi əla qorunur. Müxalifət isə, bu təhlükəsizliyi pozmağa çalışır. Xalqı qırğına verməkdən əl çəkin! Xalq müxalifəti istəmir və tam təhlükəsiz yaşamaq istəyir, onu da Heydər Əliyev qurub yaradıb, prezident İlham Əliyev də eyni yolu uğurla davam etdirir! Xalq da bundan razıdır!

Dünyanın hər yeri dağılır, hətta ABŞ belə qarışır, Qərb, Rusiyanın özü belə başının hayındadır, Azərbaycan müxalifəti isə onlardan yardım gözləyir. Qərbin özünün radikal İslamçılarla başı dərddədir. Amerikanın da başı qaradərililərlə qaşıdurmalara qarışıb. Öz vətəndaşına hörmət qoymayan bir ölkə sizə yardıma gələcəkmi? Deyək ki, gəldi, nə qarşılığında müxalifətə yardım edəcək və xalqımıza canı yanacaqmı? Bir ölkənin polisi öz vətəndaşını güllələyirsə, onun bizə hansı müsbət yardımı ola bilər? Xalq bu dəyərləri istəmir.

Azərbaycan regionda super dövlətdir və real gücə çevrilməkdədir! Amerika, Avropa, hətta vəhşi Rusiya da regionda Azərbaycanla hesablaşmaqdadır, Azərbaycanın maraqları nəzərə alınır, rəyi və mövqeyi əsas götürülür. Mövcud siyasi və geostrateji situasiyalar böyük dövlətləri buna məcbur edir. 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv