Valyuta.com

   



Bilmirəm nədəndir, amma son günlər bir-birinin ardınca heç də xoşagəlməyən məsələlər ilə bağlı Sizləri və dəyərli izləyicilərimi narahat edirəm. 

Bu günkü "qəhrəmanım" isə xətrini çox istədiyim və şəxsi münasibətlərim olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinovdur. İkinci yoldaşı tanımasam da, amma Elçin müəllimlə biz tədbirlərdə, elə belə görüşəndə çoxdanın tanışı kimi hal-əhval tuturuq, bəzi məsələləri dərdləşirik. Amma, mənim üçün həqiqət hətta qardaşdan irəli olduğuna görə, dəyərli Elçin müəllimin və onun müavinin bu gün buraxdıqları kobud səhv haqqında danışmasam, hesab edirəm ki, düzgün olmaz. Söhbət könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Qriqoryanla bu gün baş tutan görüş haqqında məlumatdan və çəkilmiş fotoşəkildən gedir.

Başa düşürəm, bəzi şeylər lazımdır, daha bu qədər də yox da qardaşım. Bu erməni dığası nə belə matax düşüb ki, ona adı ilə, hətta atasının adı ilə bizim mətbuat müraciət edir? Bəlkə siz bir ona "əziz, sevimli, möhtərəm" epitetləri də qoşasınız, məsələ həll olunsun? Siz nə tez unudursunuz ki, bu yaramaz ehtiyacdan qaçıb bu tərəfə keçib. Buna orada lazım olan şəraiti yaratsaydılar, o çiynində polkovnik paqonları olan Elçin Behbudovu ən birinci gülLəbarandan keçirtməsəydi, mən mən olmazdım. Ayıbdır, dostlar. Daha bu qədər də yox da. Siz ya dozasını az edirsiniz, ya da hərdən elə səhvlərə yol verirsiniz ki, şəxsən mən dərin təəssüf hissi keçirtməklə əsəbiləşirəm.

"Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. İstədiyi vaxt meyvə şirəsi, kofe verilir. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, isti yerdə saxlanılır. Otağında televizor var". Bəh, bəh, bəh!!!

Bura fərairinin saxlandığı yerdir, ya Karlovi Vara sanatoriyası? Vallah belə başa düşdüm ki, buna Bakıda olan erməni dayıqızlarından və xalaqızlarından da təşkil etsələr, olar polnıy komplekt. İndi bu əsgərdən hətta rəssam da "düzəltmək" istəyirlər. Ehh, məni bağışlasın Füzuli cəbhəsində canını fəda etmiş əsgər və zabit yoldaşlarım. Mən bütün Azərbaycandan Şəhid düşmüş qardaş və bacıların narahat ruhlarından üzr istəyirəm. Siz bizlərin bəzi düşünülməmiş addımlarımıza görə bağışlayın.

Düşmən düşməndir! Nə istəyirsiniz deyin. Onsuz da bu gədə də Ermənistana qayıdandan sonra bizi o ki var yıxıb sürüyəcək. Onda mən hörmətli hüquq müdafiəçisi Elçin Behbudovun və onun yanındakı poz verib erməni əsgərini qucaqlayan Elçin Şirinovun sifətlərinə baxmaq istərdim. 

Bəzən biz "qaş düzəldən yerdə, vurub gözü də çıxarırırq", əziz dostlar, qardaşlar!!

Humanistlik edəndə də, elə edək ki, qədərincə, qaydasında olsun. Mənə elə gəlir ki, Siz bu şəklə baxanda, özünüz də əmin olacaqsınız ki, burada İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov "barıtı" çox ediblər. Bu isə heç yaxşı hal deyil və ikrah hissləri oyadır.

Xatırladım ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv