Valyuta.com

   



Elman Rüstəmovun Milli Məclisdəki bugünkü (1 aprel!) çıxışının təxmini “tərcüməsi” belədir:

1. “Azərbaycanda kəskin devalvasiya gözlənilmir.” – “Mən yalançı deyiləm! Sadəcə bəzən fevral ayı ilə aprel ayını qarışıq salıram. Hamınızı Gülüş günü münasibətilə təbrik edirəm!”.

2. “Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq.” – “Mən yalançı deyiləm! Sonra deməyin ki, xəbərdarlıq etməmişdim”.

3. “Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər.” – “Mən yalançı deyiləm! Bu yaxınlarda yenə devalvasiya olsa, 1 dollar təxmini 1,26-1,36 manat civarında olacaq”.

4. “Azərbaycan Mərkəzi Bankı ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir.” – “Mən yalançı deyiləm! Amma belə bir problem var, xüsusən də rusların bank sistemasında: доверяй, но проверяй! Ona görə siz də hər şeyi izləyin! Ola bilər ki, 1,26-1,36 məzənnəsi hələ toya getməli olsun”.

5. “Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur.” – “Mən yalançı deyiləm! İslanmışın yağışdan nə qorxusu: başa düşürəm ki, devalvasiyanı məndən yaxşı heç kəs edə bilməz”.

Əkrəm HƏSƏNOV​




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv