Valyuta.com

   



Son zamanlar erməni KİV-lərində Ermənistan ordusunun əsgərlərinin özününküləri zorlamaqda və onları öz cinsi tələbatlarını ödəməyə məcbur edərək homoseksuallara çevirməyə davam etmələrinə dair yer alan yazıların sayı çoxalıb. Bu iyrənc əməlin erməni ordusunda hətta öz adı var – “Seyran Ohanyan sindromu”.

Qeyd edək ki, Seyran Ohanyan Ermənistanın hazırkı müdafiə naziridir.

Ermənilər bildirir ki, hərbi xidmətə çağırılan iddialı gənclərin “sındırılması”nın ən dəhşətli yollarından biri onların zorlanmasıdır. Bu, adətən həmin əsgərlərin yaşadığı yerlərdən uzaqda olan hərbi hissələrdə baş verir. Bu zaman seçim yerliçilik əsasında, yəni yerli və gəlmə ermənilər arasında aparılır. Bu, hərdən qərargahın yüksək rütbəli zabitlərinin keyfinə əsasən baş verir.

Ordunun homoseksuallaşdırılmış yüksək rütbəli şəxsləri hərbi hissəyə xidmətə yeni daxil olan hərbi qulluqçulardan xoşlarına gələnləri əvvəlcədən özləri üçün seçir və onları “birgə yaşayış”a məcbur edirlər. Bəzilərini isə qərargahdakı xidmətlə şirnikləndirirlər. İmtina edən əsgərlər isə döyülür, zorlanır və bu cinayətləri ört-basdır etmək üçün cəbhədə ön xəttə göndərilir. Bu vəhşiliklərin cilovunda bəzilərinin bəxti gətirir və onlar sağ qalır, lakin çoxları ya xidmət yerlərini tərk edərək fərarilik edir, ya da intihar yoluna üstünlük verirlər.

Bir müddət əvvəl Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü bu siyasətə qarşı çıxmış və hazırda Avropada yaşamağa məcbur olan zabit Paruyr Stepanyanın erməni ordusundakı özbaşınalığa dair beynəlxalq təşkilatlara təqdim etdiyi çoxsaylı materiallarda vəziyyətin nə dərəcə dözülməz olduğu açıq-aydın görünür. Sənədlərdən birində deyilir: “Dağlıq Qarabağ Ermənistan üçün lazım olmayan ərazidir. Qarabağ indiki hərbi xunta ilə razılaşmayanlar üçün sürgün yeri rolunu oynayır. Onları orada “sındırırlar”. Onlar hərbi xidmətdən sonra cəmiyyət üçün fiziki və psixi cəhətdən yararsız olurlar. Erməni ordusunda hökm sürən bu ağır və dözülməz vəziyyətə dünyanın hər hansı yerində rast gəlmək mümkün deyil. Rəhbərlik tərəfindən ordudakı intiharların sayı ciddi şəkildə gizlədilir, ölənlərin valideynləri isə daimi hədə-qorxu altında yaşamağa məcburdurlar. Hərbi rəhbərlik bu məsələdə beynəlxalq təzyiqdən çox qorxur. Ona görə də hər vəchlə yaranmış vəziyyəti ört-basdır etməyə çalışır”.

Xatırladaq ki, bu ilin yanvar ayının sonunda istintaq erməni əsgəri Haykaz Barseqyanın bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən etmişdi. İrəvandakı hərbi hissələrinin birinin idman meydançasında turnikdən asılmış vəziyyətdə ölü tapılmış Barseqyanın əvvəlcə intihar etdiyi düşünülürdü. Lakin əsgərin üzərindən saç və sperma qalığının tapılması ilə müəyyən edildi ki, bu, intihar deyil və bir qrup şəxs tərəfindən həyata keçirilmiş qətldir.

Ermənistan ordusunda geniş yayılan bu cəza üsuluna Azərbaycanın işğal edilmiş ərazilərində də rast gəlinir. Ötən il üç erməni əsgər bir əsgəri bu cür cəzalandırmaq istəyəndə atışma düşmüş və üç nəfər ölmüşdü. Bundan başqa, ötən il dekabrın 7-də Vardenis rayonunun Zod kəndində yerləşən hərbi hissənin komandiri Seroj Gevorqyan onun işini yoxlamağa gələn Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Artaş Yeranosyanı zorlamışdı.

Ümumiyyətlə, Ermənistan ordusunda əsgərlər arasında homoseksuallıq getdikcə artır. Əldə edilən məlumatlar sübut edir ki, müxtəlif dövrlərdə aparılan daxili araşdırmalar zamanı Ermənistan hərbçilərinin 25%-i homoseksualdır. Bəzi hesablamalara görə isə ordudakı bu cür əməllər üzündən Ermənistanda kişilər arasında homoseksuallığın 8 faiz səviyyəsindədir. Bu, hətta homoseksuallığı ilə ad çıxarmış Hollandiyadakı göstəricidən də təxminən 3 dəfə çoxdur. Qeyd edək ki, bu göstəricinin Hollandiyada 3% səviyyəsində olduğu bildirilir.

Qeyd edək ki, cinsi zorlama Ermənistanda hələ sovet zamanından “haqq-hesab çürütmə”nin geniş yayılmış forması hesab edilir. Ermənilərin özlərinin yazdıqlarına görə, onlar məişətdə də kriminal təfəkkürlə yaşayır və günahkar hesab etdikləri adamları zorlayaraq cəzalandırırlar.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin dekabrındakı zorlama hadisəsindən sonra bildirmişdi ki, Ermənistan ordusunda kriminal təfəkkür hakimdir: “Ermənistan ordusunda hələ də “blatnoy” romantika hökm sürür”.

Ermənistan ordusunda özbaşınalıq və əxlaqsızlıqla yanaşı, kriminogen vəziyyət də qorxunc səviyyədədir. Şəxsi heyət arasında narkotik maddələrin qəbul edilməsi halları da sürətlə yayılır. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit və gizirlərin himayəsi altında həyata keçirilir. Əldə edilən məlumatlara görə, həmin narkotik vasitələr məhz Azərbaycanın işğal olunmuş ərazilərində becərilir, emal edilir və daha sonra lazımi “post”lara çartdırılır.

Lakin Ermənistan kütləvi informasiya vasitələrində ordu ilə bağlı verilən məlumatlar birmənalı deyil və haçalanır. İqtidara aid olan KİV-lər ləyaqətli və güclü erməni əsgəri obrazını yaratmağa çalışır, hakimiyyətə məxsus olmayanlarda isə erməni ordusunda homoseksuallıq, təhqir, rüşvətxorluq, aclıq hökm sürdüyü göstərilir.

Zaman-zaman Ermənistan müxalifəti, o cümlədən Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi orduda baş verənləri, "dedovşina"nı vəhşilik adlandırıb və bəyan edib ki, heç faşizm vəhşilikləri də Ermənistan ordusunda baş verənlərlə rəqabət apara bilməz.

Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan ordusu getdikcə acınacaqlı vəziyyətə düşür. Azərbaycan torpaqlarını işğal altında saxlayan orduda fərarilik, qətl, zorlama, rüşvət, korrupsiya və digər nizamnamədənkənar halların və bunun nəticəsində intihar faktlarının sayı hər ötən il artır, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti getdikcə pisləşir. Elə sadəcə KİV-lərin təhlili göstərir ki, Ermənistan silahlı qüvvələrində intihar və intihara cəhd etmə hallarının əsasən zabit və gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir edilməsi və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandir heyəti tərəfindən əsgərlərin zorlanması, döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verir.

Erməni əsgərlərin fərarilik edərək Azərbaycan tərəfə keçməsi isə artıq adi hal alıb. Elə bir neçə gün bundan öncə - martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. A.Qriqoryan deyib ki, o, Dağlıq Qarabağda özünü yaxşı hiss etmirmiş: “Bizə yaxşı baxmırdılar, orada bizimlə pis rəftar edirdilər. Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfə keçdim. Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram”.

İlkin BAĞIROV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv