Valyuta.com

   



Biz bunu da bacardıq. Çox qürurlandım! “Baku-2015” I Avropa oyunlarının açılış mərasimini bütün dunya gördü. Biz bir daha sübut etdik ki, Azərbaycan hər zaman var olub və bundan sevilib-seçiləcək.

Bu mərasimdə ən çox qurur duyduğum məqamları vurğulamamaq mümkün deyil. Bir azərbaycanlı olaraq bunları görmək məni də sevindirdi. İlk olaraq 24-dən geriyə sayım oldu. Bu, 24 illik Azərbaycanın müstəqilliyindən xəbər verdi. Bəli, muncuq kimi dalbadal düzülən şouda daha nələrin olacağını səbirsizliklə gözləyirdim. “Natiq” ritm qrupu, Alim Qasımovun ifası əbəs yerə deyildi. Burada muğamımız və milli alətimiz olan nağaramiz vurğulandı. Sırada rənğarəng geyinərək nümayiş olunana fərqli fiqurlar da əbəs deyildi. Bu da bizim milli sərvətimiz olan xalçalarımızın naxışını göstərirdi.

Bəli, məşəldarı gözlədik. O, iki dəfə paralimpiya çempionu, 5 Avropa çempionu İlham Zəkiyev idi. Ayaqlarının altında çat-çat olan torpağın altına ötürülən məşəl bir anlıq alovlanmağa başladı. Yanan torpaq Odlar Yurdu Azərbaycanı tərənnüm etdi. Bu alovun getdikcə alovlanıb, sonra yavaş-yavaş növbəti bir görüntüyə işarə olduğunu da göstərdi.

Alov onun ayaqları altında söndü. Bu, dahi Nizami Gəncəvi idi. Əlindəki tərəzi onun məşhur əsəri “Leyli Məcnun” əsərini xatırlatdı... Bu, farslara bir işarə idi. Bəli, Nizami Gəncəvi Azərbaycanın dahi yazıçısıdır.

Yarışda bəzi məqamlar vardı ki, onları mutləq şəkildə anlamamaq mümkün deyildi. Səhnə Nizami Gəncəvinin əsərlərinə büründü: “Sirrlər xəzinəsi”, “Xosrov və Şirin”, “7 gözəl”, “İsgəndərnamə”...

Sanki səhnə bir nağıla bənzəyirdi. Oyunların simvolu olan “Nar” mərkəzə gətirildi. Hamı tərəfindən ayaq ustundə alqışlanan “Nar” açılaraq bütün dənələrini zalda əyləşən bütün tamaşacıların üzərinə səpdi. Bu isə bərəkətə bir işarə olmaqla bərabər, tamaşacıları daha da coşdurdu.

Azərbaycan xalqı qonaqpərvərliyi ilə də tanınıb. I Avropa Oyunları ilə bağlı ölkəyə gələn hər bir qonağı möhtəşəm qarşıladı. Qonaqların üzündəki təbəəsüm açıq hiss olunurdu. Onlar stadionda əyləşənləri sevinclə salamlayırdılar. Bircə ermənilər utandılar, utanmalı idilər də. Kimlərə əl sallayacaqdılar? Gərək, onlar məşəldar İlham Zəkiyevdən utanıb heç stadiona çıxmamalıydılar. Bu isə bir daha sübut etdi ki, onlar hər zaman üzlü olublar. Stadiondakıların “Azərbaycan” – deyə hayqırması, erməni bayraqdarının həyacan dolu baxışları kameramanın gözündən yayınmamışdı.

Növbə canımız bir, qanımız bir olan Turkiyəyə çatanda isə stadionun alqış sədaları Rəcəb Tayyib Ərdoğanı da qururlandırdı. Əbəs yerə demirik axı, biz “Bir millət, iki dövlət”ik. Bu bizim böyuk Türkçülüyümüzü göstərdi.

Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin Azərbaycan dilində “çox sağ olun” deməsi böyük qurur idi. Muncuq kimi düzülən sirli boyunbağının açılmasına növbə çatdı. Sirlər cox şeydən xəbər verirdi. “Balaban”, “Sarı gəlin”, “Qobustan qayaları”, “Od- atəş”, “İki sevən gənc”, “Yallı”, Alim Qasımovun xalça üzərindəki möhtəşəm ifası bir daha subut etdi ki, Azərbaycanın mədəniyyətini, sərvətini kimsə mənimsəyə bilməz. Bəli, bəzi dövlətlərdən fərqimiz ondadır ki, biz haray-həşirlə kiməsə nəyi subut etmirik. Biz silləni də mədəni surətdə vururuq.

Bu mərasimlə bir daha mədəniyyətimizi, tariximizi yağı düşmənlərə mədəni surətdə göstərdik. Bu, Azərbaycanın ugrudur! Bu, bizim uğurumuzdur! Yaşasın Azərbaycanla döyünən urəklər.

Gülnarə AYDIN




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv