Valyuta.com

   



Bu mövzuda gərək ki, artıq ikinci dəfədir yazıram. Birinci yazım Asan Xidmət sistemi təzə-təzə yaradılanda olmuşdu. Hələ o zaman bir çoxları üçün bu yeni qaydalar sözün əsl mənasında “qaranlıq qutu” kimi görünürdü. Asan Xidmət sektorunun cəmiyyətdə nələri dəyişəcəyini insanlar təsəvvür belə etmirdilər. Kim inanardı ki, illərlə o bürokratın-bu bürokratın qapısında bir sənəd üçün illərlə, aylarla süründüyün vaxtlar daha tarix arxivinə atılacaq? Asan Xidmət yaradılanda bu sistemin nələri dəyişəcəyini kimə desəydin, sənə ən yaxşı halda xəyalpərəst deyərdi.  Amma ölkə rəhbərliyinin strateji planı nəticəsində nə baş verdi?

Birincisi, ən azından ölkə əhalisi illərlə, aylarla bir iki sənəd almaq üçün idarə qapılarında ömür çürütmək kimi işgəncədən canını qurtardı. Elə buna görə yüz minlərlə insanın hər gün bu işi təşkil edənlər üçün Allaha dua etmələri hər şeyi açıqca ortaya qoyur. Təsəvvür edin ki, təzə tikilmiş evinin sənədləşdirilməsi üçün, sovet dövründən üzü bəri illərlə bürokratlaşmış idarədən sənəd almaq üçün  bütün gününü qapılarda çürüdən vətəndaşlar, indi bu işi cəmi bir saata həll edə bilirsə, əllərini yuxarı qaldırıb şükür etməkdən başqa nə etməlidir ki?.

Rayonda  alqı-satqı sənədi üçün 150 manat pul rüşvət verən bir vətəndaş, Asan Xidmətə gəlib bunun üçün sadəcə 14 manat ödəməli olduğunu və cəmi 1 saat ərzində işini həll edə biləcəyini öyrənəndən sonra, “başına-gözünə vurursa”, Asan Xidmət barədə əlavə bir sözə ehtiyac qalırmı?.

İkincisi və ən əsası, Asan Xidmət sisteminin bu sahədə illərlə kök salmış bürokrat aparata və rüşvət “sisteminə” ölümcül zərbə vurması idi. Artıq insanlar sözün əsl mənasında qarşılarında açılan mənzərədən heyrətə gəlmişdilər. Bu yeni sistem, sovet dövrünün acı bürokratiyasına və rüşvət “xidmətinə” öyrəşmiş milyonlarla insan üçün, sözün əsl mənasında möhtəşəm yenilikdir. Təsəvvür edin ki, daha bu insanlar ən ucqar rayonlarda, sovet dövründən qalmış və “kif basmış” “kupça idarələrində”, arxiv şöbələrində rüşvət verib saatlarla ayaq üstə qalmayacaqlar. Bunun əvəzində  müasir dizaynda tikilmiş gözəl binalarda gülərüz, nizam-intizamlı  personal cəmi 1 saata onların problemlərini həll edəcək və əvvəlki vaxtlarda olduğu kimi daha onlar balalarının “boğazından kəsib” rüşvət ödəməyəcəklər.

Üçüncüsü, daha bu binalarda “Həsənağaların qohumları” bir daha ön plana çıxmayacaqlar. Belə olan halda, “Asan Xidmət”, rüşvət və bürokratiya ənənələrinə hüquqi və idari zərbə endirməklə yanaşı, eyni zamanda insanların psixologiyasında da tam fərqli düşüncəyə yol açmış oldu.
 Daha insanlar işlərini ötüşdürmək üçün kiminsə cibini “ziyarət etmək” kimi acınacaqlı hala üz tutmurlar. İşlərini qanunla həll etməyi üstün tuturlar.

Məncə elə bu sonuncu faktın özü “Asan Xidmət”in ən böyük qələbəsidir. İnsan beynini, düşüncəsini dəyişdirmək, tarixdə ən böyük qələbə sayılır.  İnanmaq istəyirəm ki, artlq insanlarımız adi sənəd almaq üçün öz növbəsini gözləməyə və rüşvət verməmək üçün qanunlarla iş görməyə üstünlük verəcəklər. “Dərin rüşvətə” “Asan zərbə”də olduğu kimi...

Mətləb SALAHOV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv