Valyuta.com

   



Son günlər Amerika Birləşmiş Ştatlarında qara dərili insanların kütələvi məhvedilmə kampaniyası, amerika prezidenti olmaq istəyən namizədlərin seçki kampaniyası qədər böyük səs-küyə çevrilib. Barak Obamanın qaradərli həmyerliləri, yüz illər bundan qabaq olduğu kimi, “demokratiya və azadlıq” beşiyi sayılan Amerikada günün günorta çağı o dünyaya “viza alırlar”. Özü də hansısa cinayətkar-filan tərəfindən deyil, eləcə qanuni Amerika polisi tərəfindən. Al, bu da sənə demokratiya menyusu!

Bu yazını hansısa siyasətlə bağlayanlara bəri başdan xatırladım ki, yazıdakı cümlələrin hər hərfi, Okeanın o tayında amerika polisinin gülləsi ilə həyatı qaraldılan qaradərili amerikalıların real həyatını əks etdirir. Bir cümlə də o yan-bu yan olmamaq şərti ilə.

Cənablar, bu yazdıqlarım hazırkı Amerika tarixinin qələmə alınmasıdır. Vəssalam!. Qara dərili insanların “demokratiya beşiyində”, hüquqları Avropada və Amerikada möhkəm-möhkəm qorunan vəhşi heyvanlardan fərqli olaraq, güllə ilə vurulub öldürülməsi artıq elə bir hal alıb ki, sadə amerikalılar belə bu zənci genosidinə etirazlarını açıqca Vaşinqton küçələrində dilə gətirirlər.

Hə, siz oxucular Amerikadakı demokratiya “bolluğunda” yerli əhalinin etiraz etmə cəsarətini, bu şəkildə şübhə altına aldığıma görə mənə təəcüblənə bilərsiniz. Amma adi amerikalının öz ölkəsinin rəhbərləri haqqında azacıq tənqidi fikir söyləyə bilməməsini, hər bir Amerika vətəndaşının ən azı öz ailəsi ilə olan mobul telefon danışıqlarının Amerika FTB-si tərəfindən saniyə-saniyə izləndiyini, daima “gözəgörünməz” nəzarət altında olduğunu xatırlatsam, o zaman razılaşarsınız mənlə. Əlahəzrət həqiqət göz qabağındadır. “Açıqca dilə gətirirlər” ifadəsini həm də ona görə işlətdim ki, bu ölkə özünü “demokratiya markası” kimi dünya siyasətinə sırısa da, iyirmi birinci əsrin bu vaxtında, ona-buna demokratiya nağılı oxuyan bu ölkədə insanlar lazımsız küçə iti kimi yerindəcə güllələnirlərsə, o zaman hansı demokratiyadan danışmaq olar ki? 

Amerika və qərb diplomatları Azərbaycansa sahibsiz itlərin öldürülməsi ilə bağlı Avropa Şurasında məsələ qaldırınca, Amerikada küçə itlərindən də hörmətsiz şəkildə gülləbaran edilən qaradərili amerikalıların taleyinə bircə dəfə baş qaldırıb heç olmasa bir avropalı kimi niyə münasibət bildirmirlər?. Sadəcə bütün hər şeyi qırağa qoyub son bir ayda keçənin ortasında, vəhşi heyvanlara belə yaraşmayan şəkildə amerika polisinin güllə ilə qətlə yetirdiyi qaradərili insanların faciəli qətlləri imkan verir ki, ABŞ insan hüquqlarına görə dünyada, öz bibisinin ərini itlərə yedirən Şimali Koreya diktatorundan da aşağı sırada yer alsın. Yoxsa belə deyil cənablar?. Belədir, belədir ki var. Barak Obama dünyaya ağıl öyrətmək missiyasını üzərinə götürdüyü bir vaxtda, nədən ölkəsində polis gülləsi ilə öldürülüb şouya çevrilən qaradərili həmyerliləri barədə bir kəlmə də olsun danışmır? 

Çünki həttda onun özü belə Amerika reallığının sadəcə zavallı icraçısıdır. Qəbində hər gün öldürülən qara dərili insanlara görə bu siyasətə nifrət püskürsə belə... Artıq Okeanın o tayında baş verənlər bir həqiqəti üzə çıxarır ki, Xristof Kolumbdan qabaq, 985- ci ildə Normann dənizçisi Byarnı tərəfindən kəşf edilən bu ölkədə zənci üsyanı, qaçılmaz prosesə çevrilir. Bu ölkədə insan yerinə qoyulmayan qaradərili insanların Amerikada öz hüquqları uğrunda ayağa qalxacaqları taxir uzaqda deyil cənablar!

Mətləb SALAHOV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv